Alim Qasımovdan "doğranmış xəritə" qalmaqalına REAKSİYA: "Montajdır..." - VİDEO

Alim Qasımovdan "doğranmış xəritə" qalmaqalına REAKSİYA: "Montajdır..." - VİDEOXalq artisti Alim Qasımovun "Hədəfim Hüseyndir" adlı klipi ciddi qalmaqala səbəb olub.

Xanəndənin ilahiyyatçı Seyyid Taleh Boradigahi ilə birgə çəkdirdiyi klipində Azərbaycanın cənub bölgəsinin İran ərazisi kimi göstərildiyi xəritənin yer alması sosial şəbəkələrdə qızğın müzakirələrə yol açıb və xanəndə buna görə sərt tənqid atəşinə tutulub.

Azərbaycanın "doğranmış" xəritəsinin xanəndənin klipinə necə düşməsi barədə Yenicag.az-a açıqlama verən Xalq artistinin köməkçisi Səadət Möhübova o görüntünün klipə sonradan əlavə olunduğunu bildirib və bunu Alim Qasımova qarşı təxribat adlandırıb:

"Klipdə belə şey olmayıb, o xəritə sonradan əlavə olunub. Alim Qasımov özü də çaşıb qalıb. Hətta vaxtilə o klipə görə xanəndəyə irad tutublar ki, niyə oxumusan?".

Mövzuya aid videomaterialı təqdim edirik:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3366   Tarix: 18 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş