Yüz minlərlə insan TƏHLÜKƏDƏ: Hər an başımıza aşa bilər - VİDEO

Yüz minlərlə insan TƏHLÜKƏDƏ: Hər an başımıza aşa bilər - VİDEOŞəhərin müxtəlif yerlərində, xüsusən də tikinti gedən ərazilərdə iri həcmli qaldırıcı kranlar var. Və bu kranların altından hər gün yüzlərlə, minlərlə insan keçir. Hər keçən insanın içində bir qorxu olur və sual yaranır ki, bu kranlar aşa bilərmi?

BiG.AZ xəbər verir ki, ARB TV-də yayımlanan "Günə doğru" verilişində məsələ ilə bağlı ətraflı sujet yayımlanıb.

Bir neçə gün əvvəl paytaxtın Nəsimi rayonundakı tikintilərdən birində aşan kran yaxınlıqdakı avtomobillərə və binaya ziyan vurdu. Kran operatorunun həyatını itirdiyi son hadisə göstərdi ki, hər gün ətrafından keçdiyimiz kranların heç də hamısı təhlükəsiz deyil. Hər an başımıza aşa bilər.

İman Məmmədov – Kran mühəndisi: "Düzdür hadisə oldu. O hadisədə kran operatorunun heç bir günahı yox idi, bu işin təhlükəsiz qurulmasından asılı olan bir məsələdir".

Ekspertlər bildirir ki, kranların aşmasının əsas səbəbləri normadan artıq yük qaldırma və texnikanın düzgün qurulmamasıdır.

Anar Məlikov – Ekspert: "Ən birinci hər hansı bir yükqaldırma avadanlığı istifadə edilməzdən öncə biz onun texniki sazlığından əmin olmalıyıq. Avadanlıqlar texniki təhlükəsizlik baxımından sertifikatlaşdırılmış və yoxlanmış bir avadanlıq olmalıdır".

İkinci əsas faktor kranı idarə edən şəxslərin peşəkar olmasıdır.

Sahil Mənsimov – FHN rəsmisi: "Kran idarəçiləri bilavasitə həmin sahə üzrə təlimat keçməli, kurs keçməli, sertifikatla təmin olunmalıdır. Onların bilikləri 12 aydan bir təkrar yoxlanmalıdır".

Rafael Nağıyev – Kran ilməkçisi: "Bəli, sertifakatım var. İldə bir dəfə yoxlama zamanı gedib yoxlanışdan keçirik. Keçə biliriksə, möhür vururlar, işimizə davam edirik".

Rəhim Əliyev – Kran operatoru: "Bu kranın aşmaması üçün əvvəla onun təməli möhkəm qoyulmalıdır. Təməli betonlandıqdan sonra xüsusi heyət tərəfindən cihazlar vasitəsilə yoxlanılmalıdr".

Kranların təhlükəsizliyinə Fövqəladə Hallar Nazirliyi nəzarət edir.

Sahil Mənsimov – FHN rəsmisi: "Sahibkar və yaxud fiziki-hüquqi şəxsin yazılı müraciəti əsasında sahibkarlıq obyektlərində yoxlamalar aparılır. Bundan əlavə olaraq, hər hansı qayda pozuntusu olarsa, Ədliyyə Nazirliyindən çıxarış aldıqdan sonra həmin müəssisədə texniki vəziyətin qiymətləndirilməsi işi aparılır".

FHN sahibkarlara müraciət edərək, kranı istismar etmədən öncə quruma məlumat vermələrini tövsiyyə edir. Əgər kranın istimar müddəti bitməyibsə, texniki təhlükəsizlik sertifkatı alınmalı və ya istismar müddəti ötmüş krandırsa, mütləq yoxlamadan keçməlidir. Bəzən buna səhlənkar yanaşma nəticəsində bədbəxt hadisələr baş verir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1603   Tarix: 18 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

10:35 1
.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

24.04.2024 1184
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24.04.2024 948
.

Yaponiyada hava limanına eniş edən sərnişin təyyarəsi xarab olub

Göyərtəsində 213 sərnişinin olan təyyarənin Yaponiyanın şimalındakı hava limanına enərkən qanadından tüstü qalxıb. xəbər verir ki, Yaponiya dövlət televiziyası NHK xəbərlərinə görə, paytaxt Tokiodakı Haneda Beynəlxalq Hava Limanından havaya qalxan All Nippon Airways (ANA) 71 nömrəli reysi yerli vaxtl

24.04.2024 250
.

Sürücünü yanan avtomobildən son anda xilas etdilər - VİDEO

ABŞ-ın Minnesota ştatında yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı maşın yanıb. Hadisə zamanı sürücünü ətrafdakı vətəndaşlar yanmaqdan xilas edib. Yanğın zamanı 5 nəfər qapını zorla açmağa çalışıb, nəqliyyat işçisi isə nəqliyyat vasitəsinin pəncərəsini çəkiclə sındırmağa çalışıb

24.04.2024 192
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 365
.

Sabah temperatur 31 dərəcəyə qalxacaq

Aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

24.04.2024 520
.

Bu ölkə də Fələstini dövlət kimi tanıdı

Yamayka Fələstini dövlət kimi rəsmən tanıdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Yamayka xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit bəyan edib. O bildirib ki, Yamayka uzun müddət davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi ik

24.04.2024 205
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 1095