Yeni ana olan müğənnini ÖLÜMLƏ HƏDƏLƏDİLƏR - FOTO

Yeni ana olan müğənnini ÖLÜMLƏ HƏDƏLƏDİLƏR - FOTOBu yaxınlarda ana olan müğənni Keti Perri Uilyam Terri adlı şəxsin onu və ailəsini ölümlə hədələdiyini etiraf edib.

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, 35 yaşlı ulduz həmin şəxsin uzun müddət onu təqib etdiyini və bu səbəbdən öz evinə də getməyə qorxduğunu açıqlayıb:

"Terri sentyabrın 8-də Beverli-Hillsdəki evimin hasarından tullanıb həyətə girdi. Bunu görən təhlükəsizlik xidmətinin işçiləri ona getməyi əmr etdi. Lakin o əmrə tabe olmadı. Polislər hadisə yerinə gələndə onu həbs etdilər.

Qeyd edək ki, oxşar hadisə avqustda da baş vermişdi. Sosial şəbəkələrdə Ketini ölümlə hədələyən Terri, müğənninin aktyor həyat yoldaşı Orlando Blumun da boynunu sındıracağını vəd etmişdi.

Yeni ana olan müğənnini ÖLÜMLƏ HƏDƏLƏDİLƏR - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1851   Tarix: 18 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş