Toysuz qalan Azərbaycan müğənniləri: "Ərim var, şükür Allaha!" - SORĞU

Toysuz qalan Azərbaycan müğənniləri: "Ərim var, şükür Allaha!" - SORĞUMəlumdur ki, koronavirus pandemiyası bütün dünyada tüğyan edir. İqtisadiyyata böyük zərbə vuran bu pandemiya incəsənət sahəsindən də yan keçməyib.
BiG.AZ xəbər verir ki, BAKU.WS toylarda iştirak edən yerli məşhurların hazırkı fəaliyyəti ilə bağlı sorğu keçirib. Həmin sorğunu sizə təqdim edirik:

Xalq artisti Səməd Səmədov - "Mən hazırda bağdayam. Yoldaşım da mart ayından mənimlə bağda qalır. Vəziyyətimiz çox pisdir. Heç bir gəlirimiz yoxdur. Ailəm, uşaqlarım yaşım çoxdur deyə efirlərə də buraxmırlar. Amma sağ olsunlar, televiziyalarda köhnə kadrları verirlər. İkinci dalğa gəlir, yenidən hər yer bağlanır. 7 nəvəmin canı üçün nə biznesim var, nə də əlavə gəlirim. Bir neçə il idi, toylara da getmirdim, pul yığmamışdım. Övladlarım da Moskvadadır. Bir sözlə, vəziyyətimiz çox pisdir. Cavan qızlara, oğlanlara ürəyim ağrıyır. O, 200-300 manata işləyən hamı işsiz qaldı".

Müğənni Kərim Abbasov - Sorğuya cavabı meneceri Yusif Hüseynov verib: "Kərim evdə oturub. Heç bir yerdə işləmir. Yığdıqlarını yeyib, indi də dostdan-tanışdan, qohumdan borca pul alır, qaytaracaq".

Müğənni Səidə Sultan - "Toy yoxdur, heç nə, oturmuşuq evimizdə... Sənətimiz oxumaqdı, başqa nə işlə məşğul ola bilərik ki?! Anam sağ olsun, idarə edir. Bir də "instagram"da keçirilən "Giveaway"lərdən qazanırıq".

Xalq artisti Nazpəri Dostalıyeva - "Toy yoxdur, yeni mahnılarımız, layihələrimiz üzərində işləyirəm. Mən İncəsənət Universitetində illərdir ki, işləyirəm. Heç vaxt oradan aldığım maaşa dəyməmişəm. Karta yığılıb, indi də bala-bala xərcləyirəm".

Əməkdar artist Abbas Bağırov - "Heç bir işlə məşğul olmuram, hazırda məşhurluğuma görə müəyyən şirkətlər var ki, onlarla işləyirəm. Yəni, reklamlardan qazanıram. Heç bir biznesim, əlavə gəlirim yoxdur. Gəlirim o qədər də deyil, amma hələ ki müəyyən sıxıntılarımı idarə edir".

Müğənni Nura Suri - "Bir müddət öncə işə düzəlmişəm. Tikinti şirkətində ictimaiyyətlə əlaqələr və reklam müdiri vəzifəsində işləyirəm".

Müğənni Şəbnəm Tovuzlu - "Toy yoxdur, həyat yoldaşım qazanır, mən də yeyirəm. Mağazam var idi, onu da bağlamışam, heç yerdə işləmirəm. Ərim var, şükür Allaha! Elə əvvəllər də o edirdi hər şeyi, indi də o edir. Yeni mahnılar üzərində işləyirəm, klip çəkdirdim, 3 yeni mahnı çıxardım, fotosessiya etdirdim. Axırıncı mahnımı da yoldaşım 6 min dollara aldı".

Müğənni Nazənin Salayeva - "Toy yoxdur, ailəmlə, uşaqlarımla vaxt keçirirəm. Mən həmişə ailəmə bağlı insan olmuşam. Şükür Allaha, həyat yoldaşım var, ailəmizi dolandırır. Özüm də vaxtında özümə gün ağlamışam. Yığdıqlarımı xərcləyirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 23993   Tarix: 17 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

23.04.2024 1145
.

Aybəniz Haşımova: "Bir gün eşidəcəksiniz ki, mən də yoxam"

"Bir gün eşidəcəksiniz ki, mən də yoxam". xəbər verir ki, bu sözləri mərhum sənətkar Cavanşir Məmmədovun vida mərasimində Əməkdar artist Aybəniz Haşımova deyib. O, mərhum sənətçini illərdir tanıdığını vurğulayıb. "Mən balaca uşaq idim, Cavanşir müəllim "Xatirə" ansamblında qarmo

20.04.2024 1308
.

"Cavanşir Məmmədov o qadını Allaha həvalə etdi"

Aparıcı Sərxan Kərəmoğlunun mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşımı diqqət çəkib. Axşam.az xəbər verir ki, aparıcı sənətçinin bir qadın tərəfindən haqsızlığa uğradığını yazıb. O, həmin şəxsin adını açıqlamayıb. "Bir ay öncə mənə təşəkkür etdi. Bir qadın var, onu Allaha həvalə etdi

21.04.2024 1146
.

Vüqar Muradov: "Cavanşir Məmmədov mənim ağsaqqalım idi"

"Cavanşir Məmmədov mənim ağsaqqalım idi". Bunu -a açıqlamasında müğənni Vüqar Muradov deyib. O, mərhum Əməkdar artistin dəfn mərasimində iştirak edib və bildirib ki, atasını itirən zaman Cavanşir Məmmədov ona bir əmi kimi qayğı göstərib:. "Atam vəfat edəndə Cavanşir əmi mənim yanımda old

20.04.2024 535
.

"Yalı çapkını" serialına yeni aktyor gəlir

"Yalı çapkını" serialına yeni obraz qatılacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Aktyor Nazmi Kırık serialın yeni üzvü olacaq. O, serialda Akının atası Tayyar rolunu oynayacaq

22.04.2024 1634
.

Almaxanım görünüşü ilə DİQQƏT ÇƏKDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Almaxanım instaqramda yeni fotosunu izləyicilər

21.04.2024 11876
.

Lalədən qalmaqal yaşadığı Cavanşir Məmmədovla bağlı paylaşım

Aparıcı Lalə Azərtaş qalmaqal yaşadığı mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. OLAY yazır ki, o, instaqramın hekayə bölməsində müğənninin ölüm xəbərini paylaşaraq "Allah rəhmət etsin", - deyə, bildirib. Qeyd edək ki, bir müddət öncə C. Məmmədovla Azərtaş arasında gərgi

20.04.2024 2226
.

"Heç biri onunla vidalaşmağa gəlmədi"

"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradın

21.04.2024 1236
.

O da "Korkma ben yanındayım"da olacaq - Foto

"Korkma ben yanındayım" serialının heyətində dəyişiklik edilib. Axşam.az xəbər verir ki, ekran işində aktyor Beran Kotan rol alacaq. O, layihədə "Okan" obrazına həyat verəcək. Qeyd edək ki, serialın baş rollarını Nilsu Berfin Aktaş və Eren Ören canlandırır

21.04.2024 500