Azərbaycanda 2-ci mərtəbədən yıxılan qadın öldü

Azərbaycanda 2-ci mərtəbədən yıxılan qadın öldü

Astarada hündürlükdən yıxılan qadın ölüb.

"Report"un Cənub Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Suparibağ kəndində baş verib.

Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü Vəfa Əsgərova evinin 2-ci mərtəbəsindən yıxılaraq ağır yaralanıb. Yaralını xəstəxanaya apararkən yolda dünyasını dəyişib. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 479 Tarix: 17.09.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol