Hoteldə DAVA: Qızlar tibb bacısını DÖYDÜLƏR

Hoteldə DAVA: Qızlar tibb bacısını DÖYDÜLƏR

Türkiyədə hoteldə tibb bacısını döyən üç turisti tutublar.

“Hürriyet” xəbər verir ki, 23 yaşlı Marqarita, 32 yaşlı Tatyana və adı məlum olmayan başqa bir qız hotelə gəldikləri ilk gündə qalmaqal yaradıblar.

Onlar hoteldə yerləşən həkim otağına gəliblər. Qızlardan bir ayağında olan ağrılardan şikayət edib. Tibb bacısı onlardan maska taxmalarını istəyəndə qızlar onu təhqir edib və onlardan biri ayaqqabısını tibb işçisinin üzünə atıb. Onların arasında dava başlayıb və həkim polis çağırıb.

Qızların ifadələri alınıb və xəstəxanada onlara sərxoş olduqları barədə diaqnoz qoyulub. Xəstəxanaya aparılan zərərçəkənə isə göz travması diaqnozu qoyulub.

Turistləri hansı cəzanın gözləyəcəyi hələlik məlum deyil. (Oxu.az)


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 660 Tarix: 17.09.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol