Toyda KÜTLƏVİ YOLUXMA - 7 nəfər ÖLDÜ

Toyda KÜTLƏVİ YOLUXMA - 7 nəfər ÖLDÜ

ABŞ-ın Men ştatında toy keçirilməsi bölgədə koronavirusun yayılmasına səbəb olub.

“Associated Press” xəbər verir ki, avqustda “Big Moose Inn” hotelində 65 nəfərin iştirakı ilə toy keçirilib. Bununla əlaqədar, 175 nəfərdən çox adamda koronavirusa yoluxma qeydə alınıb. Virusa yoluxanların yeddisi həyatını itirib.

Toy şənliyində Medison reablitasiya mərkəzinin əməkdaşları da iştirak ediblər. Əməkdaşlardan koronavirusa yoluxan yeddi nəfərin altısı ölüb. (Oxu.az)

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1544 Tarix: 17.09.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol