Əmisi iki yaşlı uşağı pəncərədən atmaqla HƏDƏLƏDİ- VİDEO

Əmisi iki yaşlı uşağı pəncərədən atmaqla HƏDƏLƏDİ- VİDEO

İki yaşlı uşaq onu pəncərədən atmaqla hədələyən sərxoş əminin əlindən alınıb.

“LifeShot” “Telegram” kanalı Rusiyanın Surqut şəhərində baş verən hadisənin görüntülərini yayımlayıb.

Məlumata görə, sakinlər binanın beşinci mərtəbəsində körpəni ayağından tutaraq pəncərədən atmaqla hədələyən kişini görüblər. Şahidlərdən biri dərhal polisə xəbər verib.

Hüquq mühafizəçiləri hadisə yerinə gəlib. Onlar binanın beşinci mərtəbəsinə qalxaraq qapını qırıb və içəri daxil olublar.

Körpə artıq otaqların birində paltar qurutma asılqanının altında oturmuş halda aşkarlanıb. Hadisə yerinə həkimlər cəlb olunub, sərxoş əmi isə saxlanılıb.

Hadisə vaxtı körpənin atası işdə, anası isə mağazada olub.

Baş verənlərə görə cinayət işi açılıb. Kişini “öldürməyə cəhd” maddəsi ilə iki il müddətinə azadlıqdan məhrum etmə gözləyir. (Oxu.az)



BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 942 Tarix: 17.09.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol