Bakıda 39 yaşlı kişi güllələndi

Bakıda 39 yaşlı kişi güllələndi

Bakının Xəzər rayonunda güllələnmə hadisəsi baş verib.

Big.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, Ç.Mustafayev küçəsində 1981-ci il təvəllüdlü Allahverdiyev Nəcəf Oqtay oğlu tanıdığı şəxs tərəfindən tir tüfəngi ilə vurulub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ bazu nahiyəsinin aşağı üçdə birinin dərin keçən yarası diaqnozu qoyulub.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 971 Tarix: 16.09.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol