Makqreqor haqqında yayılan cinsi təcavüz xəbərlərinə MÜNASİBƏT BİLDİRDİ

Makqreqor haqqında yayılan cinsi təcavüz xəbərlərinə MÜNASİBƏT BİLDİRDİUFC döyüşçüsü Konor Makqreqor ona qarşı irəli sürülən cinsi təcavüz və intihar xəbərlərini şərh edib.

İrlandiyalı döyüşçü fikirlərini öz "Facebook" səhifəsində yazıb.

"Hamınız məni davamlı olaraq pis vəziyyətə qoymağa çalışırsınız, amma mən həqiqətin sayəsində hər zaman azadlıqda olacağam. Atalığıma dair xəbərlər, cinsi təcavüz, nalayiq davranış ittihamları - bütün bunlar cəfəngiyatdır", - deyə K.Makqreqor bildirib.

K.Makqreqor qeyd edib ki, onun sözlərinə inanmayanlar DNT analizlərinin nəticələrinə müraciət edə bilər.

Qeyd edək ki, bəzi KİV-lər Korsika adasında istirahət edən K.Makqreqorun bir qadına cinsi təcavüz etdiyini yazmışdılar. (Oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 693   Tarix: 16 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş