250 kiloluq kişi uşaq hovuzunda üzmək istədi — "GİROV" düşdü

250 kiloluq kişi uşaq hovuzunda üzmək istədi — "GİROV" düşdü

Türkiyədəki otellərdən biri, məşhur rəssam Nikas Safronovun oğlu Luka Zatravkini "girov" saxlayır. Onlar gənc oğlandan sındırdığı hovuza görə təzminat ödəməsini tələb edir.

BiG.AZ "Ölkə.Az"-a istinadən xəbər verir ki, 250 kiloqramlıq musiqiçi otelin ərazisində yerləşən dərinliyi yarım metr olan uşaq hovuzuna qaçaraq atlanıb.

Hadisə zamanı Luka qolu və hər iki ayağından ciddi zərbə alıb. Bundan sonra uşaq hovuzu təmir üçün bağlanıb.

Kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, otelə 19 min dollar ziyan dəyib. Nikas Safronov oğlunun dəymiş ziyanı ödəməyəcəyi təqdirdə Türkiyədən çıxmasına icazə verilmədiyini bildirib.
Safronov oğlunun sağlamlığında heç bir problem olmadığını bildirib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1322 Tarix: 16.09.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol