28 nəfər ildırım vurduqdan sonra öldü

28 nəfər ildırım vurduqdan sonra öldü

Hindistanın Uttar Pradeş və Bihar əyalətlərində şimşək çaxması zamanı ildırım vurması nəticəsində 28 nəfərin öldüyü bildirilib.

Meteorologiya Departamenti xəbərdarlıq edib ki, yağışlı hava şəraitinin daha 3-4 gün davam edəcəyi gözlənilir.

Bihar və Uttar Pradeş əyalətlərində cütçülər, fəhlələr və çobanlar daxil olmaqla 400-dən çox insan mart-iyul ayları arasında ildırımdan ölüb.

Cənubi Asiyada iyun-sentyabr aylarında təsirli olan musson yağışları hər il geniş miqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.

Hindistanda hər il ildırım vurması nəticəsində təxminən 2000 nəfər ölür. (lent.az)

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 700 Tarix: 16.09.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol