Bir gündə Ermənistan ordusunun ikinci hərbçisi öldü

Bir gündə Ermənistan ordusunun ikinci hərbçisi öldü

Ermənistanın Qeqarkunik vilayətində “Mercedes” avtomobilinin Sevan gölünə (Göyçə gölünə) düşməsi nəticəsində hərbçi ölüb.

Big.az “Report”a istinadən xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, hadisə Sovaqyux-Şorja-Vardenis avtomobil yolunun 53-cü km-liyində baş verib. Qəza nəticəsində ölən sürücü 32 yaşlı hərbçi, Sünik sakini Nune Avetisyandır.

Qeyd edək ki, sentyabrın 16-da Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan ordusunun hərbçisi, kiçik çavuş Ovik Tamazyan da ölüb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 946 Tarix: 16.09.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol