Bakıda vəhşicəsinə öldürülən 29 yaşlı Orxanın FOTOLARI - VİDEO

Bakıda vəhşicəsinə öldürülən 29 yaşlı Orxanın FOTOLARI - VİDEO

Sentyabrın 13-də Xətai rayonu ərazisində Orxan Yusiflinin baş nahiyəsinə daşla zərbə vurulması və onun aldığı xəsarətlərdən dünən vəfat etməsi barədə xəbər vermişdik.

BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, 29 yaşlı Orxan xəstəxanaya yerləşdirilsə də, aldığı ağır kəllə-beyin travması nəticəsində vəfat edib.

Öldürülən gəncin bəzi fotolarını təqdim edirik.

Qeyd edək ki, aparılmış araşdırmalarla hadisənin Kamran Ələsgərov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Orxan Yusiflinin baş nahiyəsinə daşla zərbə vurularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

Kamran Ələsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bakıda vəhşicəsinə öldürülən 29 yaşlı Orxanın FOTOLARI - VİDEO
Bakıda vəhşicəsinə öldürülən 29 yaşlı Orxanın FOTOLARI - VİDEO
Bakıda vəhşicəsinə öldürülən 29 yaşlı Orxanın FOTOLARI - VİDEO
Bakıda vəhşicəsinə öldürülən 29 yaşlı Orxanın FOTOLARI - VİDEO


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5062 Tarix: 16.09.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol