Təhsil Nazirliyindən himn zamanı huşunu itirən qızla bağlı AÇIQLAMA – VİDEO

Təhsil Nazirliyindən himn zamanı huşunu itirən qızla bağlı AÇIQLAMA – VİDEO

Təhsil Nazirliyi dünən Bilik Günü münasibəti ilə orta məktəblərin birində himn səslənən zaman qızın huşunu itirməsi məsələsinə aydınlıq gətirib.

BiG.AZ xəbər verir ki, bununla bağlı Nazirlik Oxu.Az-ın sorğusunu cavablandırıb:

"Videoda göründüyü kimi şəxs özünü narahat hiss edib və huşunu itirərək yıxılıb. Müəssisə tərəfindən dərhal təcili tibbi yardım çağırılıb və 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. İlkin yardım edilərək, müayinələrdən keçirilib, həmin gün evə buraxılıb. Müalicəsi ev şəraitində aparılır, vəziyyəti yaxşıdır. Məsələ Təhsil Nazirliyinin diqqətindədir".


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2769 Tarix: 16.09.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol