"Azəriqaz"da yeni rəsi təyin olundu

"Azəriqaz"da yeni rəsi təyin olundu

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyində kadr dəyişikliyi olub.

"Azəriqaz"dan BiG.AZ-a verilən məlumata görə, Rəşad Mübariz oğlu Cavadov Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəisi təyin edilib.

Bu barədə baş direktor Ruslan Əliyev müvafiq əmr imzalayıb.

R.Cavadov bu təyinata qədər "Azəriqaz" İstehsalat Birliyinin Abonent bazasına xidmət şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsində çalışmış Hüseyn Şirinov isə bu günlərdə tutduğu vəzifədən azad edilərək Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi təyin olunub.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 676 Tarix: 16.09.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol