Üzrxahlıq edən deputat məsuliyyətə cəlb olunmaya bilər

Üzrxahlıq edən deputat məsuliyyətə cəlb olunmaya bilər

Etik davranış qaydalarını ilk dəfə pozan deputat yol verdiyi pozuntunu etiraf etdikdə məsuliyyətə cəlb olunmaya bilər.

Big.az "Report"a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İntizam komissiyasının Əsasnamə layihəsi qeyd edilib.

Layihədə bildirilib ki, etik davranış qaydalarını ilk dəfə pozan deputat yol verdiyi pozuntunu etiraf etdikdə, səmimi peşmanlıq və bu barədə yazılı üzrxahlıq təqdim etdikdə məsuliyyətə cəlb olunmaya bilər.

Qeyd edək ki, layihə sentyabrın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının birgə iclasında müzakirəyə çıxarılacaq.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 491 Tarix: 16.09.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol