Dünyada 366 jurnalist koronavirusdan ÖLDÜ

Dünyada 366 jurnalist koronavirusdan ÖLDÜMart ayından bu yana dünyanın 47 ölkəsində ən azı 366 jurnalist koronavirus infeksiyası səbəbindən həyatını itirib, daha 54 jurnalist isə qətlə yetirilib.

Bu barədə məlumat "Press Emblem Campaign" Beynəlxalq Jurnalistlər Təşkilatının dərc etdiyi hesabatda yer alıb.

"Mart ayından bu yana dünyanın 47 ölkəsində ən az 366 jurnalist COVID-19 xəstəliyinin qurbanı olub. Bundan başqa, müxtəlif səbəblərə görə daha 54 jurnalist qətlə yetirilib. Beləliklə, bu il həyatını itirən jurnalistlərin sayı 400 nəfəri keçib", - deyə qurumun baş katibi Blez Lempen bildirib. Onun sözlərinə görə, KİV nümayəndələri arasında pandemiya səbəbindən ölüm hallarının kəskin artması son günlər diqqəti Hindistana yönəldib.

İyulun 1-dən sentyabradək koronavirus infeksiyası səbəbindən ölən jurnalistlərin sayında iki dəfə artım müşahidə edilib. Ümumilikdə isə COVID-19 Latın Amerikası ölkələrində 205, Asiyada 90, Avropada 28, Afrikada 22, Şimali Amerikada isə 21 jurnalistin həyatına son qoyub.

Jurnalistlər arasında ən çox ölüm halı Peruda qeydə alınıb – 82 nəfər. Ekvadorda 40, Hindistanda 36, Banqladeşdə 31, Meksikada 26, ABŞ-da 20, Braziliyada 19, Pakistanda 10, Boliviya, Böyük Britaniya və Nigeriyanın hər birində 8 jurnalist həyatını itirib.

Beynəlxalq Jurnalistlər Təşkilatı güman edir ki, bəzi ölkələr jurnalist ölümləri barədə məlumat vermədiyi üçün KİV nümayəndələri arasında ölüm halları bundan daha çox ola bilər.

Jurnalistlərin qətlə yetirilməsini qınayan təşkilat öldürülən jurnalistlərin sayına görə Meksikanın (8), Pakistanın (7) və Hindistanın (6) liderlik etdiyini vurğulayıb.
(xezerxeber.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 426   Tarix: 16 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109