Vətəndaşımız bu il Türkiyədə neçə mülk alıb? - STATİSTİKA

Vətəndaşımız bu il Türkiyədə neçə mülk alıb? - STATİSTİKA

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 700 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11 obyekt azdır.

BiG.AZ xəbər verir ki, bu barədə Trend Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat yayıb.

Məlumata görə, 2020-ci ilin avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 88 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2019-cu ilin avqust ayından 66 obyekt çoxdur.

2020-ci ilin avqust ayında Türkiyədə 170 408 əmlak satılıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 54,2 faiz çoxdur.

2020-ci ilin avqust ayında Türkiyədə 3 893 əmlak əcnəbilərə satılıb ki, bu da 2019-cu ilin eyni ayına görə 8 faiz çoxdur.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 440 Tarix: 16.09.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol