Azərbaycanda ən çox yoluxma BU ŞƏHƏRDƏDİR

Azərbaycanda ən çox yoluxma BU ŞƏHƏRDƏDİR

Azərbaycan üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

BiG.AZ koronavirusinfo.az saytına istinadən xəbər verir ki, Azərbaycanda ən çox yoluxma halı paytaxt Bakıda müşahidə edilir. Ümumi yoluxma hallarının 56,1 faizi paytaxtın payına düşür. İkinci yerdə 15,6 fazilə Abşeron qərarlaşıb. İlk üçlüyü isə 10,4 faizlə Aran qapadır. Növbəti yerlərdə Gəncə-Qazax (6,4), Lənkəran (4,3), Quba-Xaçmaz (2,1),Şəki-Zaqatala (1,8), Dağlıq Şirvan (1,6), Yuxarı Qarabağ (1) qərarlaşıb. Ən az yoluxma isə Naxçıvanda qeydə alınıb - cəmi 0,04 faiz.

Paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb - 14,3 faiz. Onu 12,2 faizlə Xətai, 11,8 faizlə Yasamal, 11,6 faizlə Sabunçu, 8,9 faizlə Nəsimi, 8,4 faizlə Nərimanov, 8 faizlə Suraxanı, 7,6 ilə Qaradağ, 7,1 ilə Nizami, 5 ilə Xəzər, 4,7 ilə Səbail və 0,3 faiz ilə Pirallahı izləyir.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5411 Tarix: 16.09.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol