Məşhur film üçün 50 milyon dollarlıq TƏKLİF

Məşhur film üçün 50 milyon dollarlıq TƏKLİF

“Warner Bros” şirkəti aktyor Hoakin Feniksi "Coker" filminin 2-ci hissəsinə çəkmək istəyir.

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, Feniksə yenidən həmin obrazda çəkilmək üçün isə 50 milyon dollar (təxminən 85 milyon manat) təklif edilib.

“Mirror” nəşrinin məlumatına görə, aktyor təklifi qəbul edərsə, bu məbləğ onun karyerası boyunca qazanacağı ən böyük pul olacaq.

Qeyd edək ki, Hoakin Feniks “Coker” filmindəki baş roluna ötən il 4,5 milyon dollar qazanmışdı. Rejissor Todd Fillipsin lentə aldığı ekran işinin kassa gəlirləri 2019-cu ildə 1 bir milyard dolları keçmişdi. Aktyor isə “dramatik kinoda ən yaxşı aktyor” nominasiyası üzrə “Qızıl Qlobus” mükafatına layiq görülmüşdü.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 705 Tarix: 16.09.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol