O da ATV-ni TƏRK ETDİ - FOTO

O da ATV-ni TƏRK ETDİ - FOTO

“Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin (ATV) daha bir əməkdaşı kanalla yollarını ayırıb.

BiG.AZ "Ölkə.Az"-a istinadən xəbər verir ki, telekanalın “İctimai-siyasi verilişlər” Departamentinin əməkdaşı, “ATV xəbər”in müxbiri Elvin Dəmirli işdən ayrılıb. O, bu barədə öz “Facebook” səhifəsində məlumat verərək, iş yerindən öz istəyi ilə ayrıldığını qeyd edib.

“Bu da son. Bu sözləri yazmaq mənə çətin gəlsə də, deməliyəm ki, öz istəyimlə 10 ildən artıq çalışdığım ATV Telekanalı, ATV XƏBƏR kollektivi ilə yollarımı ayırdım. Məni tanıyanlar bilir ki, bu müddət ərzində “ATV XƏBƏR”in inkişafı üçün bacardığım, əlimdən gələn hər şeyi etdim. Günümün xeyli hissəsini keçirdiyim ATV mənə yaxşı dostlar qazanmaqda, əlaqələri inkişaf etdirməkdə çox kömək oldu. Neynəmək olar, qismət belə imiş. Orada bir vaxtlar çalışmış, indi isə müxtəlif vəzifələrdə işləyən və mənim jurnalist kimi yetişməyimdə dəstək olan, eyni zamanda hazırda da ATV-də çalışan hər kəsə, həmkarlarıma sonsuz təşəkkürümü bildirirəm. Haqqınızı Halal edin.

Bu gündən etibarən isə fəaliyyətimi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Maarifləndirmə sektorunda davam etdirəcəyəm. Yeni iş yerimdə də bacarığımın ən yaxşısını etməyə çalışacağam. Əziz jurnalist həmkarlarım və dostlar. Qurumun fəaliyyəti ilə bağlı suallarınız olarsa, cavablandırmağa hazırıq. Göstərəcəyiniz dəstək üçün hər birinizə sonsuz təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, bundan əvvəl tanınmış aparıcı Lalə Azərtaş da ATV-dəki işindən ayrılıb.

O da ATV-ni TƏRK ETDİ - FOTO

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 16416 Tarix: 15.09.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol