DƏHŞƏTLİ QƏTL: Oğul anası ilə birgə atasını öldürüb...

DƏHŞƏTLİ QƏTL: Oğul anası ilə birgə atasını öldürüb...Xaçmaz rayonunda qətl törətməkdə təqsirli bilinən Şamama Seyidova və oğlu Əmir Seyidovun cinayət işi.

BiG.AZ "Ölkə.Az"-a istinadən xəbər verir ki, hadisə Xaçmaz rayonunda baş verib. İtkin düşən 44 yaşlı Bünyat Seyidovun həyat yoldaşı 39 yaşlı Şamama Seyidova və oğlu 18 yaşlı Əmir Seyidov tərəfindən öldürüldüyü məlum olub. Bünyat Seyidov təklülə tüfənglə qətlə yetirildikdən sonra həyat yoldaşı və oğlu tərəfindən xalçaya bükülərək həyətdə yerləşən tualetin quyusuna atılıb. Qətldə təqsirli bilinən hər iki şəxs həbs edilib. Hadisənin üstü mərhumun qardaşlarının itkin düşməsi ilə bağlı müraciəti ilə əlaqədar aparılan araşdırmalar zamanı açılıb.

İş üzrə dindirilən Şamama Seyidova bildirib ki, Bünyat Seyidovla birgə nigahlarından 4 uşaqları var və onlardan ikisi azyaşlıdı. 2012-ci ilin yayında əri Dağıstandan qayıtdıqdan sonra sonuncu ilə münasibəti pisləşib. Bünyat içki icərək onu və uşaqlarını döyüb. Münasibətlərinin pisləşməsinə ərinin qohumları səbəb olub. Onlar Şamamanı ərinə xəyanət etməkdə günahlandırıblar. Elə bu səbəbdəndə evlərində daim söz-söhbət olub.

Hadisə baş verən günü Bünyat evdə aynabənddə döşəmədə uzanaraq yatıb. Saat 15:00 radələrində Şamama küçədə gizlənən oğlu Əmiri həyətə çağıraraq qorxmamasını və artıq atasının yatdığını söyləyib. Oğluna deyib ki, aynabənddəki tüfəngi götürüb atasına atəş açıb öldürsün. Bununlada özləri öz həyatlarını normal davam etdirsinlər. Mərhumunda meyitini həyətdəki quyuda basdıraraq qohumlara atasının güya sənədlərini götürüb işləmək üçün rusiyaya getdiyini deylərlər.

Oğlunu inandırdıqdan sonra Əmirlə birlikdə evə daxil olublar. Əmir sobanın yanında olan tüfəngi götürərək bir metr məsafədən atasına atəş açıb. Atasının başından açılan qan otağın divarına yayılıb. Səsə həyətdə oynayan azyaşlı qızı və oğlu evə gələrək atalarının qana bulaşmış vəziyyətdə yerdə görüblər. Əmir isə atəşdən sonra qorxub həyətə çıxaraq tövlədə gizlənib və atasının hələdə ölmədiyini düşünüb.

Təxminən 1 saat sonra uşaqlarla birgə metiyi həyətə çıxarıb quyunun içinə atıblar. Sonra isə yoldaşına məxsus bütün paltarları ora tullayıb üstünə torpaq töküblər. Axşam isə ərinin pasportunu sobaya atıb yandırıb ki, heç kimin əlinə keçməsin.
Uşaqlarına deyib ki, Bünyatı soruşan olsa desinlər ki, ataları işləməyə gedib.
Digər təqsirləndirilən Əmir Seyidov ifadəsində hər şeyi olduğu kimi etiraf edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Şamama Seyidova və Əmir Seyidovun cinayət əməlləri tam sübuta yetirilib.

Məhkəmə kollegiyasının hökmünə əsasən görə, Şamama Seyidova 15 il, Əmir Seyidov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2263   Tarix: 15 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814