85 xəstəni öldürən manyak tibb işçsinə hökm oxundu - FOTO

85 xəstəni öldürən manyak tibb işçsinə hökm oxundu - FOTOAlmaniyada keçmiş tibb işçisi Nils Hegel 85 xəstənin qətlinə görə ömürlük həbs cəzasına məhkum edildikdən sonra appelyasiya şikayəti verib.

85 xəstəni öldürən manyak tibb işçsinə hökm oxundu - FOTOBiG.AZ xəbər verir ki, bu barədə "ABC News" yazır.

Hegelə Oldenburq şəhərinin məhkəməsi tərəfindən 2019-cu ilin iyun ayında hökm oxunub.

Belə ki, o, 2000-2005-ci illər arasında Oldenburq xəstəxanasında və Delmenhorstda xəstələrli qətlə yetirib.

85 xəstəni öldürən manyak tibb işçsinə hökm oxundu - FOTOHegel reanimasiyadakı xəstələrə ürək aritmiyasına, mədəcik fibrillyasiyasına və hipotoniyaya səbəb olan dərmanları həyati təhlükəli dozada vurub. Bununla o, həmkarlarına və rəhbərliyə güya insanları "diriltdiyini" göstərmək istəyib, bəzən isə bunu sadəcə marağa edib. Həmçinin o, xəstələri reanimasiya etməkdən zövq alıb, lakin çox vaxt onları həyata qaytara bilməyib.

Sentyabrın 11-də məhkəmə əvvəlki hökmdə heç bir prosessual və ya digər səhv tapılmadığı üçün manyakın apellyasiya şikayəti vermə cəhdini rədd edib.

Hegelə ilk dəfə 2008-ci ildə qətl cəhdinə görə 7 il həbs cəzası verilib. İkinci dəfə isə 2015-ci ildə beş və daha çox insanın qətlinə görə o, ömürlük həbs cəzasına məhkum olunub. Hegel psixiatra 30 nəfəri öldürdüyü etiraf etdikdən sonra isə hökumət istintaqı davam etdirib və 85 nəfərin Nilsin qurbanına çevrildiyi üzə çıxıb.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1265   Tarix: 12 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş