Qız burnundakı sızanağı sıxdı - XƏSTƏXANAYA DÜŞDÜ

Qız burnundakı sızanağı sıxdı - XƏSTƏXANAYA DÜŞDÜÇinin Çjetszyan əyalətinin 19 yaşlı sakini burnunun ucundakı sızanağı sıxmaqla beyin xəstəliyinə səbəb olub.

Qız burnundakı sızanağı sıxdı - XƏSTƏXANAYA DÜŞDÜBiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "Daily Mail" yazır.

Belə ki, sızanağı sıxdıqdan sonra sağ göz nahiyəsində ağrıları başlayan qızın bir neçə gün sonra qızdırması qalxıb və gözü şişib.

O, xəstəxanaya 39 dərəcə qızdırma və meningitin ilkin simptomlarıyla çatdırılıb.

Səbəb göz yuvasının arxasında yerləşən boşluğun (kavernoz sinusun) trombozu olub. Bu təhlükəli xəstəliyə tutulan hər üçüncü adam ölür.

İnfeksiya mənbəyi isə diş, qulaq, burun və ya sinuslar ola bilər. Görünənə görə, bu halda infeksiya sıxılmış sızanaqdan sonra qalan yaradan keçib.

Qıza antibiotiklər yazılıb. Hazırda vəziyyəti stabil olsa da, qız hələ də xəstəxanadadır.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1084   Tarix: 11 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş