Nəhəng uçurtma uşağı UÇURTDU

Nəhəng uçurtma uşağı UÇURTDUİndoneziyanın Cokyakarta bölgəsində yeniyetmə oğlan nəhəng uçurtmadan yıxılaraq xəstəxanaya yerləşdirilib.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "AsiaOne" yazır.

Belə ki, uşaq yoldaşları ilə birlikdə düzəltdikləri əjdəha şəklində olan 50 metrlik uçurtmanı göyə buraxdıqdan sonra güclü külək onu da 3 metr hündürlüyə qaldırıb.

Bir neçə saniyə göydə qalan uşaq ipin qırılması nəticəsində yerə düşərək xəsarət alıb. O, bilək və budunu zədələyib.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 839   Tarix: 10 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş