Dünyanın 10 ƏN QORXULU yeri - FOTO

Dünyanın 10 ƏN QORXULU yeri - FOTOValehedici gözəlliyi olan planetə sahibik. Dağlar, dərələr, meşələr, vulkanlar, çaylar və daha artığı göz oxşasa da, bəzən bu gözəllik vahiməli ola bilir.

BiG.AZ Lent.az-a istinadən sizə dünyanın ən qorxulu 10 yerini təqdim edir.

Afar Depression, Etiopiya

Dünyanın ən təhlükəli vulkanlarından biridir. Burada mövcud olan lavanın dərəcəsi dünyada zəlzələlər yaratmağa kifayətdir.

Bikini Atoll, Marşall Adaları

Kənardan cənnət diyarı kimi görünsə də, əslində bura nüvə sınaqlarının keçirildiyi bir nömrəli yerdir. Bu səbəbdən də yerli əhali evlərini tərk etmək məcburiyyətində qalıb. Yerdə qalan canlı növləri isə yavaş-yavaş məhv olmaqdadır.

Ölüm Vadisi, ABŞ

Dünya bizim evimizdirsə, Death Valley dünyanın sobası ola bilər. İndiyədək ən yüksək temperatur burada ölçülüb və 56.7 dərəcə olaraq tarixə keçib. Burada susuz ən çoxu 14 saat yaşaya bilərsiniz.

Natron gölü, Tanzaniya

Sanki dünyadan deyilmiş kimi bir görüntüsü var bu gölün. Üzərində mövcud olan duz təbəqəsi göllə əlaqədə olan bütün canlılar üçün böyük təhlükədir.

İha da Queimada Grande (İlan Adası), Braziliya

Bu ada dünyada təhlükəli yerlər sırasında birincidir.

Buna səbəb ən zəhərli ilan Bothrops növünün burada yaşamasıdır. Mayak keşikçisi bir ilan tərəfindən öldürüldükdən sonra mayak avtomatlaşdırılıb və Braziliya hökuməti tərəfindən adaya piyada girişinə qadağa qoyulub.

Madidi Milli Parkı, Boliviya

İlk baxışda hüzurlu bir görüntüyə sahib olsa da, dünyadakı ən zəhərli və "əsəbi heyvan" növləri burada cəmlənib. Bir bitkiyə toxunsanız, ətrafdakı bütün böcəklər üstünüzə yığışar.

Vaşinqton dağı, ABŞ

Bura dünyanın ən sürətli və sərt küləklərinin əsdiyi yeridir. Eyni zamanda ən ölümcül zirvədir.

Sinabung Vulkanı, İndoneziya

İndoneziyanın Sumatra adasındakı aktiv vulkanın püskürmələrinin sayı olduqca çoxdur. Bu səbəbdən də minlərlə insan evlərini tərk etməyə məcbur qalıb. Sonuncu partlayışı isə 2016-cı il fevralın 27-də olub.

Danakil səhrası, Eritreya

Afrikadakı Danakil səhrasının vəhşi təbiətini xəyal etmək belə çətindir. Buna baxmayaraq, hər il onlarla macərapərəst buraya gəlir.

Ölüm Vadisi, Kamçatka, Rusiya

Burada mövcud olan zəhərli qazlar yaşayan bütün canlılar üçün təhlükədir. Heyvanlar və bitkilər asanlıqla ölürlər, bundan təsirlənən insanlar da xəstəliklərlə mübarizə aparmağa məcbur qalır.

Dünyanın 10 ƏN QORXULU yeri - FOTODünyanın 10 ƏN QORXULU yeri - FOTODünyanın 10 ƏN QORXULU yeri - FOTODünyanın 10 ƏN QORXULU yeri - FOTODünyanın 10 ƏN QORXULU yeri - FOTODünyanın 10 ƏN QORXULU yeri - FOTODünyanın 10 ƏN QORXULU yeri - FOTODünyanın 10 ƏN QORXULU yeri - FOTODünyanın 10 ƏN QORXULU yeri - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1877   Tarix: 04 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877