COVID-19-a yoluxanların sayı 125 mini keçdi

COVID-19-a yoluxanların sayı 125 mini keçdiUkraynada daha 2 495 nəfərə COVID-19 diaqnozu qoyulub.

Big.az "Report"a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası verib.

Məlumata görə, eyni dövr ərzində 51 nəfər pandemiyanın qurbanı olub. Ümumilikdə, yoluxanların sayı 125 798 nəfərə, pandemiya qurbanlarının sayı isə 2 656-ya çatıb.

Bildirilib ki, son 24 saatda ölkədə virusdan 1 015 pasiyent sağalıb, ümumilikdə onların sayı 58 817 nəfərə yüksəlib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 315   Tarix: 02 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş