Keçmiş əri tərəfindən döyülən qadın özünü binadan atdı - Xəstəxanada da döyüldü

Keçmiş əri tərəfindən döyülən qadın özünü binadan atdı - Xəstəxanada da döyüldüGəncədə kişi keçmiş həyat yoldaşını döyüb.

BiG.AZ xəbər verir ki, BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Zülfiyyə adlı qadın keçmiş həyat yoldaşı tərəfindən döyülüb.

Bu zaman qadın özünü yaşadığı binadan atıb.

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Keçmiş ər daha sonra xəstəxanaya gələrək qadını orada döyməyə başlayıb.

Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.

Hadisəni törədən keçmiş ərin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Qadının vəziyyəti orta-ağırdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 902   Tarix: 02 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş