Lənkəranda karantin qaydalarını pozub "Aşura" mərasimi keçirmək istəyənlər yaxalandı - FOTO

Lənkəranda karantin qaydalarını pozub "Aşura" mərasimi keçirmək istəyənlər yaxalandı - FOTOÖlkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.

Lakin buna baxmayaraq, təyin olunmuş qaydaları kobud şəkildə pozan vətəndaşlara rast gəlinib.

DİN Mətbuat Xidmətinin Lənkəran rayonundakı regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman dini məclislərin keçirilməməsi ilə əlaqədar edilən xəbərdarlıqlara baxmayaraq, bir qrup şəxsin rayonun Velədi kəndi ərazisində "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və orada olan 18 nəfər şöbəyə gətirilib.

Onlarla izahedici söhbətlər aparılıb. Karantin qaydalarını pozan həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Lənkəranda karantin qaydalarını pozub "Aşura" mərasimi keçirmək istəyənlər yaxalandı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3014   Tarix: 30 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş