Bu gün Aşuradır

Bu gün AşuradırBu gün Azərbaycanda Aşura qeyd olunur.

BiG.AZ-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında bildirilir ki, Məhərrəm ayının 10-u - Aşura günü avqustun 30-na düşür.

Aşura günü hicri 61-ci ildən etibarən yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1223   Tarix: 30 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş