Ot bazarında qiymətlər od tutub yanır - VİDEO

Ot bazarında qiymətlər od tutub yanır - VİDEOGoranboyda yaz girəndə bahalaşan ot bağlamaları yayın sonlarına yaxın xeyli ucuzlaşıb. Tovuzda isə ot bağlamalarının qiyməti arta-arta gedir.

Tovuzda yem bazarında qiymətlər od tutub yanır. Otun bir bağlamasının qiyməti tərkibindən asılı olaraq 2-6 manat arasında dəyişir. Yonca bağlaması 3 manat 60 qəpikdən 6 manata qədər, adi ot 2 manat - 2 manat 50 qəpiyə, ən ucuz başa gələn saman bağlaması isə 2 manat 30 qəpiyə təklif olunur.

Alıcılar qiymət bahalaşmasından narazıdırlar. Dəllalların mövcud vəziyyətdən sui-istifadə edib qiyməti artırmaları təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə salır.

Goranboyda isə vəziyyət fərqlidir. Burada yağıntının bol olması səbəbindən ot da çox olub. Hazırda sahələrdə yoncanın 4-cü biçimi aparılır. Təsərrüfatçılar yığdıqları ot bağlamalarını 3 manat - 3 manat 50 qəpiyə təklif edirlər.

Bu il mal-qara saxlayan əksər rayon sakinləri qış tədarükünü daha tez gördüklərindən sonuncu biçimə tələbat azalıb.

Sahələrdə biçin getdiyindən təsərrüfatçılar havaların quraq keçəcəyinə ümid edirlər.(xezerxeber)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1458   Tarix: 30 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş