Payızda koronavirusa yoluxmamaq üçün BUNLARI EDİN - Orqanizmi virusdan qoruyan QAYDA

Payızda koronavirusa yoluxmamaq üçün BUNLARI EDİN - Orqanizmi virusdan qoruyan QAYDAPandemiya ilə əlaqədar ölkədə dəniz mövsümü avqustun 5-dən sonra açılmasına baxmayaraq hava durumu çimərlik üçün əlverişli olmadı. Bu səbəbdən payız aylarında respirator infeksiyaların baş qaldırdığı bir vaxtda insanlar "D" vitamini çatışmazlığının əziyyətini çəkə bilərlər.

Bəs dəniz mövsümündə əldə edilməyən "D" vitamini təminatını necə, hansı üsullarla təmin etmək mümkün olar?

Bununla bağlı dietoloq Tutu Zeynalova Milli.Az-a açıqlama verib:

"D" vitamini təminatı son günlərin müzakirə olunan vacib problemlərindən biridir. Bununla bağlı bir çox elmi çalışmalar da aparıldı və müəyyən oldu ki, "D" vitamini aşağı olan insanlarda koronavirusdan ağırlaşma riski 70%-in üzərindədir. Bu çox ciddi bir rəqəmdir. Gördük ki, COVİD-i evdə yüngül keçirən insalarda kənardan əlavə "D" vitamini verildiyi zaman simptomlar xeyli azaldı, onlar daha tez sağaldı, nəinki, "D" vitamini" verilməyən insanlar. Amma tək koronavirus deyil, bir çox xəstəliklərin proqressivləşməsində, artmasında xərçəng, ürək damar xəstəlikləri, şəkərli diabet, piylənmə xəstəliklərinin də artmasının səbəbini biz araşdırdıqda görürük ki, burada "D" vitamini əskikliyi çox ciddi rol oynayr. İndi gələk əsas məsələyə...

"D" vitamini necə qəbul edilməlidir?

"D" vitmaini günəş şüaları altında bədənimizə sintez olunan bir vitamindir və qidalardan təəssüf ki, onu yetəricə ala bilmirik. Müəyyən miqdarda yumurtadan, süd və süd məhsullarından, yağlı balıqlardan orqanizmimizə "D" vitamini ehtiyacımızı ödəyirik, amma çox az miqdarda. O ki qaldı günəşlənməyə, hətta günəşlənməni belə düzgün etmirik. Bəzi insanlar gəlir ki, "Doktor, mən günəşlənmişəm, amma "D" vitminim yenə aşağıdır". Bu niyə baş verir?

Burada incəliklər var ki, bunlar nə üçünsə danışılmır, insanlar bu haqda məlumatsızdır

Günəşlənmənin saatları var. Saat 11 ilə 13:30 arası günəşlənmək lazımdır. Bu saatlarda da günəş şüası çox olduğu üçün, günəş daha yandırıcı olduğu üçün insanlar günəşqoruyucu kremlərdən istifadə edirlər. Bu kremlərin istifadəsi, daha sonra sabunlanmaq, kisələnmək, isti su ilə yaxalanmaq da "D" vitmanini sintezinə mane olur. Biz nəzərə alsaq ki, mütləq günəşqoruyucu kremdən istifadə edirik və dərhal girib sabunlanıb, duş alırıq. Bu zaman orqanizm yetəri qədər "D" vitamini sintez edə bilmir və nəticədə yenə analiz verəndə görürük ki, "D" vitamini aşağıdır. Ən yaxşı yolu, "D" vitaminini kənardan (preparat formasında) qəbul etməkdir. Amma qəbulu zamanı da səhvlər edirik. "D" vitamini yağda əriyən vitamindir və buna görə də yağlı yeməkdən sonra qəbul olunması tövsiyə olunur. Onu günün birinci yarısı, yaxşı olar ki, səhər yeməyindən sonra qəbul edələr. Əgər qan analizlərinə baxılırsa və ciddi əksiklik varsa, o zaman biz onu yüklənmə dozasında məsləhət görürük. Hər həftənin eyni günü 8 həftə 50 min vahid qəbul edilməlidir. Biz xəstəliklərdə qorunmaq, sağlam olmaq istəyiriksə "D" vitamininin orqanizmdə optimal səviyyəsini 50 minin üstündə tutmalıyıq. Daha sonra keçirik günlük dozaya.

Daha bir məqam...

Aparılan elmi çalışmalar göstərir ki, əgər "D" vitamini qəbul edirsinzisə, mütləq maqnezium da qəbul edin. Maqneziumun xüsusi qida əlavələri var, onu da qəbul etmək lazımdır. Çünki əks halda biz depoları yetərincə doldura bilmirik. Bu gün təbii qidalarda da, tam orqanik qidalarda da, torpaqlarda da maqnezium səviyyəsi aşağı düşdükcə orqanizm maqnezium riski yaşayır ki, bu da həm "D" vitamini, həm də bir çox vitamin və mineralların mənimsənilməsinə mane olur. Bilirsiniz ki, bizim qidalardan aldığımız vitaminlərin mənimsənilməsi də olduqca vacibdir. Ona görə də, maqnezium bu mineralların vaciblərindən biridir. Çünki orqanizmdə 600-dən çox prosesdə iştirak edir. Buna görə də gəlin belə sıralayaq: günəşlənək, günəşləniriksə hər gün 20 dəqiqədən az olmamaq şərti ilə, günəşqoruyucusuz və dərhal sonra sabunlanmamaq, isti su ilə yaxalanmamaq şərti ilə. Günəşlənə bilmiriksə kənardan "D" vitmani qəbul edək, səhər saatlarında yeməkdən sonra qəbul edək və yanaşı olaraq maqnezium qəbul edək. Bu zaman orqanizmin "D" vitaminini depolamış olacağıq. Nəticədə payız, qış aylarında əgər koronavirusun ikinci dalğası baş verərsə, ümumiyyətlə digər infeksiyalara, xəstəliklərə qarşı da daha güclü orqanizmə sahib ola bilərik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3272   Tarix: 30 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 507
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

13:19 0
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi. Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqd

12:54 0
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

13:03 0
.

Cənubi Afrikada sərnişin avtobusu aşdı: 45 ölü

Cənubi Afrikanın şimalında sərnişin avtobusu körpüdən düşərək aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 45 nəfər ölüb. Yerli medianın məlumatına görə, Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu səhər saatlarında Limpopo sərhəd bölgəsində körpüdən düşüb. Qəza zamanı 8 yaşl

10:35 0