Azərbaycanlı kimi qeydiyyatdan keçən ermənilərə qarşı NƏ EDƏK? -Mütəxəssisdən MƏSLƏHƏT

Azərbaycanlı kimi qeydiyyatdan keçən ermənilərə qarşı NƏ EDƏK? -Mütəxəssisdən MƏSLƏHƏTSosial şəbəkələrdə azərbaycanlı adı ilə qeydiyyatdan keçən çoxlu sayda erməni var. Onların əsas məqsədi bir çox Azərbaycan gəncinin vətəninə, ölkəsinə, dövlətinə qarşı mənfi rəyini formalaşdırmaqdır. Bu məlumatı "Heydər Əliyev siyasi məktəbini öyrənirik" Gənc Liderlər Proqramının iştirakçıları ilə görüşdə Müdafiə naziri Zakir Həsənov açıqlayıb.

Nazir bildirib ki, düşmənin əsas işlərindən biri gənclərdə ölkəmizlə bağlı müxtəlif, xoşagəlməz fikirləri formalaşdırmaqdır. Qeyd edək ki, bu barədə daha əvvəl də bəzi mənbələrdən məlumatlar verilib ki, ermənilər sosial şəbəkələrdə azərbaycanlı adı ilə qeydiyyatdan keçərək ölkəmizin əleyhinə təxribat məlumatları yayır, əhali arasında çaşqınlıq yaratmağa çalışırlar.

BiG.AZ-ın verdiyi xəbərə görə, mövzu ilə bağlı Sonxeber.az-a İT mütəxəssisi Kamil Məmmədov danışıb:

"Əslində İT ilə bağlı elə də iş yoxdur. Burada əsas prinsiplərdən biri təşkilatlanmaqdır. İnternet elə bir resursdur ki, xüsusən də sosial şəbəkələr, bu məkanlarda kiminsə şəxsiyyətini sənədlə təsdiq edən qeydiyyat olmadığına görə , hər kəs istənilən adda, istənilən yer üçün, istənilən dövlətin nümayəndəsi kimi qeydiyyatdan keçə bilər.

Müharibə vaxtı erməni vətəndaşlarının azərbaycanlı adı ilə daxil olub sosial şəbəkələrdə dezinformasiya yayması halları var idi. Ölkəmizdə informasiya müharibəsi gedir. Bu müharibədə uduzmaq olmaz. Qeyri- hökumət təşkilatları, bloggerlər, digər şəxsi hesabları olan vətəndaşlar daha rahat, tez və sürətli imkanlara malikdir.

Vacib olan birinci şərt məlumatı əvvəl çatdırmaqdır. Dünyada bir qayda var. İnformasiyanı kim birinci çatdırırsa, səhv və ya düz fərq etmir, kütləviləşdirirsə, onun çatdırdığı fikir isanların beynində artıq haqlı fikir kimi qalır. Bunun qarşısının alınması üçün düşünürəm ki, dövlət rəsmi qurumların məlumatalarını vətəndaşlara tez və dolğun, vaxtaşırı çatdırmalıdır.

Düzdür, xaricdən gələn şəbəkələri, sistemləri blok etmək olar. Amma bu bizə heç nə vermir. Biz onları blokladığımız təqdirdə, onlar digər dövlətlərdən şəbəkəyə qoşulur, bu zaman da biz həmin tərəfi blok etmiş oluruq və bununla da əlaqələr kəsilir. Əslində blok etmək yaxşı deyil. Saxta profilləri təyin etmək elə də çətin deyil. Ən bəsit üsulu saxta profilin içərisinə daxil olub, həmin andakı olan postları yoxlamaq, dost listinə baxmaq lazımdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 781   Tarix: 20 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995