"Video Doktor" tətbiqilə həkimə getmədən konsultasiya ALACAQSINIZ - FOTO

"Video Doktor" tətbiqilə həkimə getmədən konsultasiya ALACAQSINIZ - FOTOSəhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən "Ezgil Medical Technologies" şirkətinin tərəfdaşlığı və BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə "Video Doktor" distant tibbi konsultasiyaların həyata keçirilməsi üçün nəzərdə tutulan mobil tətbiqi hazırlanıb və istifadəyə verilib.

Nazirlikdən BiG.AZ-a verilən məlumata görə, milli texnoloji "start-up"ın məhsulu olan bu tətbiq COVID-19 pandemiyası dövründə tibb işçiləri və pasiyentlərin sağlamlığını qorumaq üçün aralarında yaxın təmasların azaldılması, vətəndaşların vaxtında və keyfiyyətli tibbi yardımla təmin olunması üçün hazırlanıb.

Eyni zamanda, tətbiq xroniki xəstəliklərdən əziyyət çəkən və hazırda tibb müəssisələrinə gəlməkdə çətinlik çəkən pasiyentlərə tibbi diqqətdən kənarda qalmamaq imkanını yaradıb.

Yeni istifadəyə verilən "Video Doktor" tətbiqindən istifadə həm həkim, həm də pasiyentlər üçün olduqca rahat və asandır. Maraqlıdır ki, tədbiqin köməyi ilə hər bir xəstənin tibbi kartı yalnız poliklinikalara deyil, həmçinin stasionar tibb müəssisələrinə də inteqrasiyası mümkün olur. Bu xəstəliyin gedişatı və müalicə prosesini izləmək üçün imkan yaradır. Üstəlik, burada həkim tərəfindən xəstəyə yazılan bütün reseptlərlə də tanış olmaq mümkündür. Onu da qeyd edək ki, bu mobil proqramın vasitəsilə xəstə qəbul vaxtını təyin etmək və ya müalicə ilə əlaqəli məsələlərə aydınlıq gətirmək üçün istənilən zaman həkimi ilə əlaqə saxlaya bilər. Bundan başqa, xəstə öz mövcud vəziyyəti, yəni temperaturu, nəbzi, təzyiqi, qan şəkəri səviyyəsi haqqında məlumatı əldə edib, sonra onu müalicə edən həkiminə göndərə bilər. Həkimlər, öz növbəsində pasiyentlərinin xəstəxanadan çıxdıqdan sonra belə vəziyyətlərini izləyə bilərlər. Yerləşdiyi nöqtədən asılı olmayaraq, dünyanın istənilən yerindən hər hansı bir tətbiq istifadəçisi özü haqqında məlumatları xaricdə yerləşən istənilən klinikaların həkimləri ilə asanlıqla bölüşə bilər. "Video Doktor" mobil proqramı, həmçinin xəstələr üçün analiz cavabları, rentgen nəticələri, peyvəndlər və digər məlumatların hər zaman "əl altında" olmasını təmin edir. Eyni zamanda, həkimlər istənilən zaman bu tətbiqə daxil olub, xəstənin məlumat bazasını bir-birlərinə göndərib, tədbiqin daha bir faydalı funksiyasından yararlanaraq, diaqnoz və müalicə yollarını onlayn şəkildə aralarında müzakirə edə bilərlər.

Evdə müalicə alan COVID-19 pasiyentlərinin müşahidəsi və müvafiq qayğı ilə əhatə olunması üçün Bakı şəhərinin poliklinikalarında uğurlu sınaqlardan keçmiş mobil tədbiqin digər dövlət və özəl tibb müəssisələri tərəfindən istifadə olunması nəzərdə tutulub. Beləliklə fərdi həkimlərin "Video Doktor"-dan yararlanması pandemiya dövründə təmasların, xüsusilə də, tibb işçiləri və yüksək risk qrupuna aid xroniki xəstəlikləri olan pasiyentlərin yoluxma riskinin azaldılmasında əhəmiyyətli rol oynayır. Eyni zamanda, "Video Doktor" mobil tətbiqi tibbi xidmətlərin daha əlçatan olmasına kömək edir. Bu daha çox ölkənin ucqar kəndlər və qəsəbələrində yaşayan vətəndaşlar tərəfindən keyfiyyətli səhiyyə xidmətlərinin əldə edilməsinə aiddir.

Qeyd etmək lazımdır ki, artıq istifadəyə verilmiş "Video Doktor" mobil tətbiqi istənilən Android və iOS əməliyyat sistemli cihazlara müvafiq olaraq Google Play (Play Market) və AppStore-dan asanlıqla yüklənilə bilər.

"Video Doktor" tətbiqilə həkimə getmədən konsultasiya ALACAQSINIZ - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 588   Tarix: 20 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409