İnstaqramdan nə qədər qazanırlar? - Siyahı

İnstaqramdan nə qədər qazanırlar? - SiyahıArtıq 5 aydan çoxdur ki, koronavirus infeksiyası ilə əlaqədar dünyada bir çox sahələrdə iş dayanıb. Bu sırada şou-biznes də dayanır. Konsert, el şənlikləri, şou-proqramların olmaması sənət adamlarının gəlirini xeyli azaldıb. Dünyanın müxtəlif yerlərində müğənnilər tək qazanclarının reklam olduğunu gizlətmirlər. Onlar bir çox çarxlarda rol alır, İnstaqram səhifələrində paylaşımlar edib milyonlar qazanırlar. Bunu etiraf etməkdən isə çəkinmirlər.
Elə götürək bizə yaxın olan Türkiyəni... Sənətçilər pandemiya ərəfəsində İnstaqram gəlirləri ilə dolandıqlarını gizlətməyiblər. Hətta onlar məbləğləri də açıqlamaqdan çəkinməyiblər: Burcu Esmersoy 8 min, Demet Akalın 20 min, Murad Boz 30 min lirə.

Bəs, Azərbaycanda? Məlumdur ki, bizdə sənət adamları milyon yox, ən çox 1000-5000 qazanma şansına malikdirlər.

BiG.AZ Axşam.az-a istinadən İnstaqram səhifəsində tez-tez reklam paylaşan ifaçılar arasında araşdırma aparıb. Onların demək olar ki, 95 faizi məbləğ açıqlamayıb.

Xalq artisti Röya Ayxan bu mövzuda ən ürəkli ifaçı olub. Müğənninin köməkçisi bildirib ki, İnstaqramda reklam üçün 15 min manat qiymət qoyublar. Röyanın tələbi isə çəkilişə öz komandası ilə birlikdə getməkdir.

Müğənni Xatirə İslam İnstaqramda ən çox reklam paylaşan sənət adamıdır. Amma sənətçi hər dəfə bunla bağlı sualdan yayınmağa çalışıb. Xatirə paylaşım üçün tələb etdiyi məbləği gizlətməyə üstünlük verib.

İnstaqramdan nə qədər qazanırlar? - SiyahıMüğənni Gülay Zeynallı da qiymət açıqlamayıb. İfaçı bir onu deyib ki, pandemiyadan əvvəl etdiyi reklam xarakterli paylaşımlar üçün qonorar alıb. Amma indi yalnız məhsul qarşılığında reklam yayımlayır.

Müğənnilər Sevil və Sevinc Səfərovalar da İnstaqramda tez-tez reklam məzmunlu paylaşım edirlər. Bacılar qiymət demək istəmədiklərini söyləyiblər. Onlar bildirib ki, səhifələri reklam şirkətinin ixtiyarına verilib:

"Buna görə də məbləği demək düzgün deyil. Biz bir qiymət deyərik, onlar müştəriyə başqa məbləğ söyləyərlər. Bu da arada narazıçılıq yaradar".

Müğənni Nadir Qafarzadə isə İnstaqramından heç pul qazanmadığını deyib. O bildirib ki, bütün paylaşımları ödəniş almadan edir. "Nə edim, ürəyiyumşağam. Kim yazıb nəsə istəyirsə, paylaşıram" deyə, Nadir əlavə edib.

İnstaqramdan nə qədər qazanırlar? - SiyahıMüğənni Ceyhun Əliyev isə pandemiyadan əvvəl İnstaqramından yaxşı pul qazandığını etiraf edib. O bildirib ki, indiyənə kimi sosial şəbəkə ona ümumilikdə, 5860 manat qazandırıb.

Müğənni Sevda Yahyayeva hər zamankı kimi qiymət açıqlamaqdan qaçıb. Sənətçi "İnstaqramdan gəlir əldə etmək mümkündür. Amma deyilən 10-15 min manat Azərbaycan bazarı üçün real qiymət deyil" deyə, söyləyib.

Müğənni Elvin Abdullayev isə heç vaxt İnstaqramda ödənişli reklam yerləşdirmədiyini söyləyib. O deyib ki, reklam təklifləri alsa da, səhifəsini bazara çevirməyi düşünmür. "Karantində də heç bir gəlirim olmayıb. Amma yenə də İnstaqramda reklam götürməmişəm" deyə, Elvin əlavə edib.

İnstaqramdan nə qədər qazanırlar? - SiyahıMüğənni Günay İbrahimli də İnstaqram hesabında paylaşdığı reklamların qiymətini açıqlamayıb. O bildirib ki, bu iş sirridir.

Rəqqasə Fatimə Fətəliyeva bildirib ki, pandemiyadan əvvəl də, sonra da İnstaqramda paylaşımlar edib. O bildirib ki, sosial şəbəkə progilində bir paylaşım 500 manatdır. Bu qiymət məhsula görə dəyişə bilər. Bəzən isə məhsul hədiyyə göndərilir və bunun qarşılığında sənətçi paylaşım edir.

Müğənni Nigar Camal da İnstaqramda reklam qiymətlərini açıqlamaqdan çəkinməyib. Sənətçi bir fotonu 1500 manata paylaşır. Əgər video çəkiliş istənsə, qiymət 5 min manata qalxır.

İnstaqramdan nə qədər qazanırlar? - Siyahı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3080   Tarix: 14 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Gülay bağının görüntüsünü paylaşdı

Müğənni Gülay Zeynallı bağının görüntülərini paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi həyətindən videonu sosial şəbəkə hesabında paylaşıb. "Yay gəlir. Deməli, xərc gəlir" deyə, Gülay paylaşımında yazıb

14:56 649
.

Ədalət Şükürov qızına toy edir

Əməkdar artist Ədalət Şükürov qızı Jaləyə toy edir. OLAY-ın məlumatına görə, sənətçinin övladının şad günü 5 mayda paytaxtın dəbdəbəli restoranlarından birində baş tutacaq. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub. O, Ənvər adlı bəylə ailə qurmağa hazırlaşır

16.04.2024 1822
.

Miranda Kerr yenidən ana ola bilər

Model Miranda Kerr yenidən ana olmaq istədiyi deyib. xəbər verir ki, model sonuncu dəfə 6 həftə öncə uşaq dünyaya gətirib. "Heç vaxt heç vaxt demərəm" ,- deyə o bildirib. Qeyd edək ki, Miranda Kerrin Orlando Bloom ilə evliliyindən bir oğlu Spiegel ilə evliliyindən 3 uşağı var

16.04.2024 557
.

"Xəstə qardaşımın ailəsinə baxıram" - Mətanət İsgəndərli

"Qardaşım uzun illərdir ki, dializ xəstəsidir. Onun ailəsini də mən dolandırıram. Əgər bu gün mən evimdə yemək yeyirəmsə, ürəyim partlayar, bilsəm ki, qardaşım və ya bacım ac oturub". -ın xəbərinə görə, bu fikirləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu teleproqramlardan birində səsləndirib

16.04.2024 795
.

"Qayınanam bacısı qızını salıb oğlunun yanına" - VİDEO

Tanınmış jurnalist və aparıcı Afət Rahilqızı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, şəxsi həyatından danışan jurnalist maraqlı etiraflar edib. Övladı olmadığı üçün qurduğu ailədə problemlər yaşayan Afət onu müalicə üçün anasının evinə göndərən keçmiş qayınansını qınayıb. Sosial şəbəkə hesabında

15.04.2024 1478
.

İbrahim Tatlıses oğlunu mirasdan rədd edəcək

İbrahim Tatlıses oğlu Ahmet Tatlısesi mirasdan rədd edəcək. xəbər verir ki, bu barədə müğənni özü bildirib. "Mənə "əqli problemi var" deyə şər atdı. Sağlam olduğumu sübut etmək üçün 5 xəstəxanada müayinədən keçdim. Hamısı əqli problemimin olmadlğını dedi. Onu mirasdan rədd edəcəm"

17.04.2024 806
.

Nəzrinin xınasından görüntülər - Video

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrinin ötən gün xınayaxdı mərasimi olub. Axşam.az xəbər verir ki, bolger mərasimdən olan görüntüləri sosial media hesabında yayımlayıb. Məclisdə iştirak edənlər arasında müğənni Elariz Məmmədoğlu oğlu Məmmədin xanımı Mehriban da yer alıb. Qeyd edək ki

16.04.2024 1303
.

"Kızıl goncalar"la bağlı yeni qərar

"Kızıl goncalar" serialının mövsüm finalı ilə bağlı dəyişiklik edilib. Axşam.az xəbər verir ki, layihə 20-ci yox, 19-cu bölümündə izləyiciləri ilə vidalaşacaq. Qeyd edək ki, serialın baş rollarını Özgü Namalla Özcan Dəniz canlandırır

16.04.2024 601
.

Serenay Sarıkaya Nyu-Yorkda - FOTOLAR

Türkiyəli aktrisa Serenay Sarıkaya Nyu-Yorka səyahət edib. xəbər verir ki, aktrisa səyahətdən görüntüləri sosial şəbəkədə paylaşıb. Görüntülərə minlərlə bəyənmə və şərh gəlib

21:45 0