Ekspert: "Qarabağ" dayaq blokunun inşası yerli kadrların uğurudur"

Ekspert: "Qarabağ" dayaq blokunun inşası yerli kadrların uğurudur"Xəbər verildiyi kimi, avqustun 10-da Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınmasına başlanması mərasimində iştirak edib.

"Qarabağ" dayaq bloku SOCAR-ın "BOS Şelf" şirkəti tərəfindən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur.

Enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə "Report"a həm "Qarabağ" yatağının, həm də onun dayaq blokunun inşasının əhəmiyyətindən danışıb.

Ekspert dayaq blokunun istifadəyə verilməsinin bir neçə aspektdən vacibliyini sadalayıb: "İlk növbədə, bu qurğu Azərbaycanda inşa edilən ən böyük qurğudur və indiyədək Xəzərin ən dərin hissəsində quraşdırılacaq ən böyük platforma olacaq. Bu, Azərbaycan neft-qaz sənayesinin texnoloji nöqteyi-nəzərdən inkişaf səviyyəsini göstərir. Azərbaycan 90-cı illərin əvvəllərində Xəzərin ancaq dayazsulu hissəsində neft hasilatını həyata keçirə bilirdi, bunun üçün maddi-texniki baza yox idi. Bu gün isə Azərbaycan Xəzərin ən dərin hissəsində həm maddi, həm də texniki imkanları ilə hasilat əməliyyatlarını həyata keçirmək gücündədir. Bu onu göstərir ki, artıq neft-qaz sənayesi ötən onilliklər ərzində ciddi inkişaf yolu keçib.".

Ekspert digər vacib amil olaraq "Qarabağ" dayaq blokunun sırf yerli şirkət, SOCAR-ın "BOS-Şelf" şirkəti tərəfindən inşa edilməsi və burada çalışan işçilərin 95%-nin yerli kadrlardan təşkil olunmasını qeyd edib: "Ölkələrin ən böyük zənginliyi onu insan kapitalıdır. Bu minvalla, Azərbaycan ötən 10 illiklər ərzində yerli kadrların inkişafına böyük investisiyalar qoyub və bu gün biz bunun bəhrəsini görürük. Əgər 2005-cı ildə neft-qaz şirkətlərində çalışan azərbaycanlıların sayı 58% nisbətində idisə, bu gün bu göstərici 92% təşkil edir. Eyni zamanda, bu gün dünyanın müxtəlif ölkələrində və transmilli neft şirkətlərində azərbaycanlı mütəxəssislər fəaliyyət göstərir".

Ekspert: "Qarabağ" dayaq blokunun inşası yerli kadrların uğurudur"O vurğulayıb ki, ölkələrin iqtisadi inkişafının əsas predmetini onun insan kapitalı təşkil edir. "İnsan faktoru iqtisadi inkişafı şərtləndirən bütün faktorları üstələyir. Başqa sözlə, ölkələrin davamlı inkişafını müasir qurğular yox, məhz o qurğuları istehsal edə bilən peşəkar kadrlar təmin edir. Yəni, tərəqqiyə aparan yolun tam mərkəzində insan dayanır. Dünyada baş verən dəyişikliklərin sürətli şəkildə mənimsənilməsi, istehsalat proseslərində innovativ üsulların tətbiqi, habelə məhsuldarlığın artırılması üçün yalnız yüksək ixtisaslı kadr potensialına ehtiyac var.Bu gün ölkəmizin əsas strategiyalarından biri neft kapitalının insan kapitalına çevrilməsidir və biz "Qarabağ" dayaq blokunun yerli kadrlar tərəfindən inşa edilməsi ilə bu strategiyanın uğurlu bir şəkildə həyata keçirildiyinin şahidi oluruq. Bu isə öz növbəsində ölkədə məşğulluq səviyyəsinin və vətəndaşıların rifah halının yüksəlməsinə, habelə ölkə iqtisadiyyatının lokomotivi olan neft-qaz sənayesinin inkişafına dəyərli töhfə verir. Layihələrin yerli şirkətlər və kadrlar tərəfindən həyata keçirilməsi həmin layihələrin məhsuldarlığını da artırır. Məsələn, layihələr yerli şirkət tərəfindən həyata keçirildiyi zaman ilk növbədə onun maya dəyərini, əməliyyat xərclərini azaltma imkanı mümkün olur. Bu isə sizə əlavə rəqabət üstünlüyü qazandırır".

Ekspert həmçinin bildirib ki, böyük layihələrə yerli şirkətlərin cəlb olunması nəticəsində yerli şirkətlərin gəlirləri artır, bu gəlirlər isə daha sonra Azərbaycan iqtisadiyyatına investisiya olaraq geri qayıdır. Ekspert qeyd edib ki, bu gün Azərbaycan nəinki ölkə daxilində, həm də xarici ölkələrdə nəhəng enerji layihələrini öz maddi-texniki imkanları və peşəkar kadr potensialı ilə həyata keçirərək ölkə iqtisadiyyatına əlavə dəyər qazandırır. "Qazaxıstanın "Sətti" özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsi layihəsinin məhz SOCAR-ın CDC şirkəti tərəfindən həyata keçirilməsi, habelə "SOCAR AQŞ" şirkəti tərəfindən Türkiyənin strateji layihələrindən biri olan Duz Gölü yeraltı qaz anbarlarının genişləndirilməsi layihəsi buna misal olaraq göstərilə bilər. Bu isə ona əsas verir ki, Azərbaycan artıq təkcə investisiya yatıran vəya yatırılan ölkə deyil, həm də nəhəng investisiya layihələrinin əsas seqmentlərini həll etməyi bacaran şirkətlər yetişdirmiş bir ölkədir".

E.Axundzadə "Qarabağ" yatağının da əhəmiyyətindən danışaraq qeyd edib ki, bu yatağın istismarı ilə Azərbaycan təbii yolla azalan neft hasilatını sabit saxlaya və ya gələcək illərdə daha da artıra biləcək.

Ekspert müstəqillik illərində kəşf olunmuş ilk neft yatağı olan "Qarabağ" yatağının həm də Azərbaycanda hələ də zəngin neft ehtiyatlarının mövcud olduğunu və uzun illər Azərbaycan xalqının bu sərvətdən istifadə edə biləcəyini göstərdiyini vurğulayıb:

"İlkin dəyərləndirmələrə görə, yatağın ehtiyatları 60 mln ton həcmindədir. Gələcəkdə ehtiyatların daha da artma ehtimalı mövcuddur. Bilirsiniz, 1994-cu ildə "Əsrin müqaviləsi" imzalandığı zaman "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda təqbirən 500 mln tonluq ehtiyatın olduğu bildirildi. Bu gün oradan 514 mln tondan çox neft hasil edilib və bundan sonra ən azı bir o qədər neftin hasil edilə biləcəyi proqnozlaşdırılır. "Qarabağ" yatağı da bu nöqteyi- nəzərdən çox perspektivlidir. Burada ehtiyatların gələcəkdə artma potensialı mövcuddur".

Ekspert: "Qarabağ" dayaq blokunun inşası yerli kadrların uğurudur"O həmçinin əlavə edib ki, layihənin "Equinor" şirkəti ilə birgə inkişaf etdirilməsi Azərbaycanda münbit investisiya mühitinin mövcudluğunu göstərir. "Azərbaycan etibarlı tərəfdaşdır və bunun nəticəsidir ki, bu gün xarici şirkətlər Azərbaycana maraq göstərir. "Qarabağ" yatağının ilkin dəyərləndirilən ehtiyatları Azərbaycanın hazırkı xam neft hasilatından 800 dəfə, illik neft hasilatından isə 1,6 dəfə çoxdur. Gündəlik neft hasilatı isə, hazırkı xam neft hasilatının təqribən 5,5%-nə bərabərdir".

Ekspert buradan təbii qazın da hasil ediləcəyini, il ərzində qaz hasilatının 1,5 mlrd kubmetr olacağını da xatırladıb və qeyd edib ki, bu yataq Azərbaycanda qaz hasilatının artımı ilə yanaşı, Cənub Qaz Dəhlizi layihəsinin daha səmərəli istifadəsinə imkan yaradacaq. Bu isə, öz növbəsində həm Azərbaycanın ixrac gəlirlərinin artmasına, həm də xarici bazarlarda mövqeyinin daha da güclənməsinə zəmin yaradacaq.

"Azərbaycanda son dövrlərdə həm sənayenin inkişafı, həm də qazlaşdırma səviyyəsinin artması nəticəsində qaz istehlakı artıb. Cənub Qaz Dəhlizi kimi meqalayihə hazırda fəaliyyətdədir və onun son həlqəsi olan TAP-n ilin sonuna doğru fəaliyyətə başlayacağı proqnozlaşdırılır. Bu nöqteyi-nəzərdən yataq Cənub Qaz Dəhlizi layihəsinin daha effektli istifadəsinə töhfə vermiş olacaq. Bu isə, öz növbəsində gələcəkdə bizim xarici bazarlardakı imkanlarımızın daha da genişlənməsinə şərait yaradacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 780   Tarix: 13 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 577
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

13:28 602
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

16:24 129
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

17:47 33
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

17:49 22
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

15:21 163
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

15:35 0
.

İsrail məktəbə hücum etdi: 4 ölü

İsrail Qəzzada dinc sakinlərin sığındığı məktəbə hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Ölənlərlə yanaşı yaralananlar da var. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə zamanı məktəbə isə böyük ziyan vurub. İsrailin Qəzza zolağına oktyabrı

18.04.2024 293
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

17:29 117