"Nə məni kimləsə tutublar, nə də yatağıma kimisə salmışam"

"Nə məni kimləsə tutublar, nə də yatağıma kimisə salmışam""Hər birinizin fikirlərinə hörmətlə yanaşıram. Bilirəm, məni istəyənlər də, istəməyənlər də var. Amma bu o demək deyil ki, məni istəməyənlərə qarşı pis fikirdəyəm. Bu, sadəcə, şəxsi fikirdi... Həyatda səhvsiz insan yoxdur. Heç kəs ideal deyil".
BiG.AZ xəbər verir ki, bu sözləri günlərdir bloqqer Aysel Şükürova ilə boşanma xəbərləriylə gündəmdən düşməyən Oqtay Əhmədov bildirib. Xəyanət iddialarına cavab verən Oqtay bildirib ki, boşansalar da uşaqlarını birlikdə böyüdəcəklər:

"Hər bir ailədə söz-söhbət ola bilər. O da evin içində qalmalıdır. Evin qapısından kənara çıxamamlıdır. Nə birinci ayrılanıq, nə də sonuncu. Boşananlar bizdən də əvvəl olub, sonra da olacaq. Bəli, Aysellə aramızda bəzi söz-söhbətlər ola bilər, o da bizə aid olan məsələdir. Kiminsə ailədaxili söhbətləri kimlərəsə maraqlı gəlməsin. Bizim ayrılığımızı istəyənlər də var, istməyənlər də. Dediyiniz xoş, pis sözlərə görə minnətdaram. Aysellə intriqa aparıb, düşmən olmayacam. O olsa, bu onun şəxsi işidir.

O, mənim uşaqlarımın anasıdır, ayrı yaşasaq belə 3 uşağı bir yerdə böyüdəcəyik. Hər zaman onların yanında olacam və qoruyacam. Aysel güclü qadındır. Şəxsən məni tanımayan, bilməyən insanların ünvanıma dedikləri sözlər mənə çatmır. Amma məni narahat etmirlər, çünki ciddiyə aldığım mövzuda danışıram. Sadəcə, boş söz-söhbətlərə uyub artıq-əskik yazan insanları qınayıram.

Nə məni kimləsə tutublar, nə də yatağıma kimisə salmışam. Sadəcə, düşüncə cəhətdən yazıq olan biri gücü çatmayacaq yükü daşımaq istəyir və ortalığa əsassız bir məlumat atıb. Onun yalanına uyan məntiqsiz insanlar gördüm".

Qeyd edək ki, 400 minlik toy xəbərləri ilə gündəmə gələn Aysel və Oqtay 2017-ci ildə ailə qurublar. Onların əkiz oğulları dünyaya gəlib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3617   Tarix: 13 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rihannanın yeni görünüşü

Müğənni Rihanna imicini dəyişib. Axşam.az xəbər verir ki, sənətçi saçlarının rəngini dəyişib və onları qısa kəsdirib. Pərəstişkarları yeni saç düzümü və paparassilərin onu tutduğu obrazı bəyənməyiblər. Çoxları onun gülünc göründüyünü, əvvəlki obrazın isə ona daha çox yaraşdığını qeyd edib. Bundan əlavə

26.03.2024 588
.

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO

Tanınmış müğənni İlahə İbadovanın toyu olacaq. Bu barədə sənətçi ATV-nin "Rəngarəng səhər" verilişində məlumat verib. O, ikinci dəfə ailə quracağını və artıq üzüklərin taxıldığını bildirib. Həmin görüntüləri təqdim edirik:

10:40 0
.

Aparıcı "Niva" ilə Bakıdan Çinə gedir

Aparıcı Fərid Rəsul maraqlı bir addım atıb. Axşam.az xəbər verir ki, "Yenə adi günlərdən biri" adlı layihə edən Fərid "Niva" markalı maşınla Bakıdan Çinə yola düşüb. Fərid bundan əvvəl Avropadan İran vasitəsi ilə Çinə getməyi plnlaşdırıb. Amma İran sərhəddində onu buraxmadıqları üçü

25.03.2024 827
.

Zaranın formada qalma sirri

Türkiyəli müğənni Zara formada qalmasının sirrini bölüşüb. Axşam.az xəbər verir ki, sənətçi müsahibəsində 9 kiloqram çəki atmasından danışıb:. "Tərəvəzli yeməklər yeyirəm. Günəş batandan sonra qidalanmıram. Həftənin 3 günü idman edirəm. Ən vacibi də stressdən uzaq dururam"

27.03.2024 710
.

"Taş bebek" xəstəxanalıq oldu

"Taş bebek" ləqəbli türkiyəli müğənni-aktrisa Gönül Yazar xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, buna səbəb 87 yaşlı sənətçinin ayağındakı damarlarda laxtalanma olub. Hazırda onun müalicəsi davam edir

24.03.2024 246
.

Daun sindromlu Natiqin müalicəyə ehtiyacı var: Bacısı da astmadır - FOTO

Yeddi yaşlı Natiqin sizin dəstəyinizə ehtiyacı var. Bu barədə -a onun nənəsi Kəmalə Qocayeva məlumat verib. O bildirib ki, Daun sindromlu Natiq 1-ci dərəcəli trikuspid qapaq çatışmazlığı xəstəliyindən əziyyət çəkir. "Natiq 2017-ci ildə Daun sindromu ilə anadan olub. Bildiyiniz kimi, bu uşaqlar dai

25.03.2024 495
.

"Dünyaya uşaq gətirmək vacib deyil"

"Sevinirəm ki, Fətulla (qardaşının övladı - red.) ailəni tək idarə edir. Dünyaya uşaq gətirmək vacib deyil". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Zaurla Günaydın" verilişində deyib. Müğənni ailəsindən danışıb:. "Fətulla uşaq idi, çılğın, hər şeydə

26.03.2024 493
.

Xanımı Kadir İnanırın son vəziyyətini açıqladı

"Təbii ki, hələ də yorğundur, zamana ehtiyacı var. Ziyarətimdə məni tanıması, əlimdən tutması kimi müsbət reaksiyaları oyanış prosesinin davam edəcəyinə ümid verdi". "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Kadir İnanırın 23 illik həyat yoldaşı Jülide Kura

28.03.2024 450
.

Kadir İnanır xəstəxanaya yerləşdirildi

"Yeşilçam"ın ulduzu Kadir İnanır Beykozdakı evində pisləşərək xəstəxanaya yerləşdirilib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında insult keçirən İnanırın huşsuz vəziyyətdə Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Sənətçinin beyin tomoqrafiyas

24.03.2024 589