"Türkiyə ilə müştərək təlimlərin uğurla davam etdiyi vaxtda təxribatların olması gözlənilən idi"

"Türkiyə ilə müştərək təlimlərin uğurla davam etdiyi vaxtda təxribatların olması gözlənilən idi""Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı radikal müxalifətin qərargahı deyil. Orada hər kəs istədiyini deyə bilməz".

Bunu "MediaPost"a açıqlamasında ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov deyib.

O bildirib ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi haqqında dezinformasiyalar yayanlar dövlət və dövlətçiliyi zəiflətməyə çalışırlar:

"Azərbaycan və Türkiyə silahlı qüvvələrinin müştərək təlimlərinin uğurla davam etdiyi vaxtda təxribatların olması gözlənilən idi. Çünki düşmənin informasiya müharibəsində sapı özümüzdən olan baltaların dövlətə, onun silahlı qüvvələrinə atdığı böhtanların dayandırılmasını düşünmək sadəlövhlük olardı. Bu məsələdə çox incə məqam var, təəssüf ki, bunu əksər vətəndaşlarımız tuta bilmədilər. Onlar dezinformasiyalar yaymaqla, vətəndaşları kütləvi nümayişə, etiraz aksiyalarına təşviq etmək istəyirlər. Bu formada dövlət və dövlətçiliyi zəiflətməyə çalışırlar. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahı radikal müxalifətin qərargahı deyil. Orada hər kəs istədiyini deyə bilməz. General-polkovnik Nəcməddin Sadıkov Silahlı Qüvvələrin Baş Qərargah rəisidir. Bəli, çox sərt adamdır və bu, onun hərbçi həyatı ilə bağlıdır. Hərbçi belə də olmalıdır, o, şou əhlinin adamı deyil".

A. Əbilovun sözlərinə görə, hazırda yayılan bütün yalan xəbərlər Türkiyə ilə Azərbaycanın tərəfdaşlığını gözü götürməyənlərin növbəti təxribatıdır:

"Keçirilən müşavirədə hərbi aspektlərdə səhvlərin olmaması üçün töhmətlər verilə bilər. Lakin Baş Qərargah rəisi məsuliyyətsiz insan deyil ki, ortaya atılan bu dezinformasiyadakı kimi, zabitləri təhqir etsin. Bütün bu yalan xəbərlər Türkiyə ilə Azərbaycanın tərəfdaşlığını gözü götürməyənlərin növbəti təxribatıdır. Vətənini sevən insan üçün qürurverici hal odur ki, Türkiyə bu gün regionda liderliyi ələ alır. Burada gedən siyasi proseslərə qatılması bizim üçün arzuolunandır. Sözsüz ki, bəzi qüvvələr bu tərəfdaşlığa mane olmağa çalışırlar. Deyirlər ki, Nəcməddin Sadıkov Rusiyanın adamıdır və s. Bu insanlar unudurlar ki, Nəcməddin Sadıkovu dünya siyasətçiləri sırasında xüsusi çəkisi olan rəhmətlik Ulu Öndər Heydər Əliyev vəzifəyə gətirib. Sizcə, belə idisə, dünya siyasətini əlində saxlayan Heydər Əliyev Nəcməddin Sadıkovu Müdafiə Nazirliyinə, Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin edərdimi?"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1361   Tarix: 12 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888