Restoranlar açılır, toylar isə oktyabradək olmayacaq

Restoranlar açılır, toylar isə oktyabradək olmayacaqAzərbaycanda koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mart ayının ortasından bəri etibarən toy və nişan mərasimlərinin keçirilməməsi ilə bağlı qərar qəbul edilib.

Pandemiya isə bütün dünyada, o cümlədən Azərbaycanda davam edir.

Pandemiya dövründə toylar keçirilə bilərmi və keçiriləcəyi təqdirdə hansı qaydalar tətbiq olunmalıdır? Yeri gəlmişkən, bir sıra ölkələrdə, o cümlədən qonşu Türkiyə və Rusiyada toy mərasimləri keçirilir.

"Report"un əməkdaşı bu suallarla Milli Məclisin deputatlarına müraciət edib.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva "Report"a deyib ki, son günlər ölkədə koronavirusa yoluxanların sayı azalır, sağalanların sayı isə artır: "Bu, onun nəticəsidir ki, insanlarımız karantin rejiminin tələblərinə çox məsuliyyətlə yanaşırlar. Ancaq yumşalmadan sonra yoluxmanın sayının az olması insanlarımızı arxayınlaşdırmamalıdır. Çünki dünyada ikinci dalğanın olması gözlənilir".

Deputatın sözlərinə görə, toy və yas mərasimlərinə çox insan toplaşır:

"Hesab edirəm ki, biz buna getsək ölkəmizdə yoluxmanın sayı arta bilər. Hesab edirəm ki, toy, nişan və yas mərasimlərinin hələ ki, keçirillməməsi ilə bağlı qərar olduqca vacibdir. Fikrimcə, açıq havada, çox az adamın iştirakı ilə toy, nişan mərasimləri keçirilə bilər. Ancaq bu qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilməlidir".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə bildirib ki, ölkədə koronavirusla bağlı dinamika ümumilikdə ümidvericidir:

"Əgər vətəndaşlarımız pandemiyanın qarşısını ala biləcək ciddi şərtlərə əməl edərlərsə biz bu müharibədən qalib çıxa bilərik. Bundan sonra isə Nazirlər Kabineti yanında Operativ Qərargahın iri ticarət mərkəzləri və s. obyektlərin açılması ilə bağlı qərar verə bilər".

Restoranlar açılır, toylar isə oktyabradək olmayacaqDeputat bildirib ki, bir neçə gündən sonra Azərbaycanda Məhərrəm ayı başlayır: "Həmin ayda ölkəmizdə toy mərasimləri keçirilmir. Ümidvaram ki, Məhərrəm ayı bitdikdən sonra koronavirus üzərində qələbəmizi təmin edə biləcəyik və normal həyat tərzinə qayıdacağıq. Toy mərasimlərinin hansı qaydalara uyğöun təşkil olunması məsələsi ölçülüb-biçilməlidir. Ola bilsin ki, çox məhdud sayda yaxın qohumların toylar keçirilə bilər. Orada da müəyyən məsafələr gözlənilə bilər. Toy mərasimində iştirak edən şəxslərin testdən keçməsi variantı da ola bilər. Virus daşıyıcısı olmayan yaxın şəxslərin iştirakı ilə toy mərasimləri keçirilə bilər. Ümid edirəm ki, biz bu bəlaya yaxın vaxtlarda qalib gələrək toy mərasimlərimizi əvvəlki qaydada keçirə biləcəyik".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov qeyd edib ki, karantin rejiminə əməl olunması öz nəticələrini verməkdədir:

"Artıq sağalma faizi yoluxmanı dəfələrlə üstələyib. Məhz bununla əlaqədar olaraq dövlətimiz müəyyən yumşalma elementlərini işə salıb. Hesab edirəm ki, yumşalma prosesinin əhatə dairəsinə musiqiçiləri də əlavə etmək lazımdır. Toy şənliklərinin keçirilməsi iddası hesab edirəm ki, indiki vaxtda aktualdır. Azərbaycanda 600 nəfərlik şadlıq evlərinin zalları var. Belə olan vəziyyətdə 600 nəfərlik zalda 200 nəfərin iştirakı ilə toy məclisinin keçirilməsi mümkün olan məsələdir. Əsas məsələ odur ki, karantin rejiminin tələblərinə ciddi şəkildə əməl edilsin. Toya gələn insanların tempuratoru ölçülsün, sosial məsafə gözlənilsin, həmin şəxslər özləri ilə dezinfeksiya vasitələri gətirsinlər və bir-biriləri ilə qucaqlaşmağa, öpüşməyə son qoysunlar. Qətiyyən bunlara yol vermək olmaz".

Onun sözlərinə görə, Azərbaycanda 10 minə qədər musiqiçi var:

"Onların içərisində kirayədə yaşayanlar da var. Belə olan vəziyyətdə onları da düşünmək lazımdır. Hesab edirəm ki, pandemiya dövrü həmin şxəsləri müflis vəziyyətinə salıb. Bu istiqamətdə yumşalmanın vaxtı gəlib çatıb".

Yeri gəlmişkən, Hicri təqvimi ilə Məhərrəm və Səfər aylarında Azərbaycanda əksər insanlar toy etmir. Məhərrəm ayı gələn həftə, avqustun 21-də Məhərrəm ayı başlayır ardınca Səfər ayı gəlir və oktyabrın 17-də bitir.

Belə nəticəyə gəlmək olar ki, ölkədə koronavirusa yoluxanların sayının azalması səbəbindən yaxın vaxtlarda kafe və restoranların açılacağı gözlənilir. Lakin Operativ Qərargah hətta toy keçirilməsinə icazə versə belə, böyük əksəriyyət oktyabrın 17-dək toy keçirməyəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4484   Tarix: 12 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233