Bizə lazım olan kalsium - YERƏ ULDUZLARDAN YAYILIR?

Bizə lazım olan kalsium - YERƏ ULDUZLARDAN YAYILIR?Yeni tədqiqatlara əsasən bizim sümüklərimiz və dişlərimiz kalsiumla zəngin ifratyeninin partlaması və Kainata böyük miqdarda kalsiumun yayılması nəticəsində yaranıb.

Məşhur astrnonom Karl Saqanın da dediyi kimi, - "Biz hamımız ulduz tozundan yaranmışıq".

Kainatdakı kalsiumun yarısı kalsiumla zəngin ifratyenilərin payına düşür. Lakin bu hadisə çox nadir olduğundan alimlər üçün onu müşahidə və analiz etmək çox çətindir.

BiG.AZ AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadən mövzu ilə bağlı maraqlı yazını təqdim edir.

Məlumdur ki, ulduzların partlaması və toqquşması nəticəsində qızıl və platin kimi ağır elementlər yaranır. Lakin kalsium daha müəmmalıdır.

Həvəskar bir astronom tərəfindəm verilmiş ipucundan sonra vəziyyət dəyişir, müxtəlif ölkələrdən olan 70 astronomun qatıldığı qlobal qrup yaranır və onların tədqiqatlarının nəticəsi "Astropysical Journal"ın avqust sayında dərc olunub.

2019-cu ilin aprelində Coel Şepherd öz teleskopu vasitəsilə Yerdən 55 milyon işıq ili məsafədə olan Messier100 spiral qalaktikasını müşahidə edərkən parlaq bir partlayış (işıltı) və parlaq narıncı nöqtə müşahidə edib, daha sonra isə bu hadisəni astronomiya cəmiyyətinə bildirib. Bu xəbər yayıldıqdan sonra dünyanın müxtəlif nöqtələrindən teleskopla obyektin müşahidəsinə başlanılıb. Belə ki, Svift Orbital Rəsədxanası, Kaliforniyadakı Lik Rəsədxanası və Şimal-Qərb Universitetinin tədqiqatçılarının uzaqdan idarə edə bildiyi Havay adalarındakı Kek Rəsədxanasının teleskopları SN2019ehk adı verilən bu obyektə tərəf yönəldilib.

Vin Yakobson Qalanın dediklərinə əsasən "Partlayışdan bir neçə saat sonra ifratyeninin müşahidəsi yeni bir hadisədir. Bu ortaya çıxan obyekt kimi, belə çox gənc iftatyeninin kəşfi, bizə partlayışdan dərhal öncə ulduzun təkamülünün son anları haqqında informasiya əldə etməyə imkan verir".

Yakobsonun sözlərinə görə - "Kalsiumla zəngin ifratyeni üçün namizəd olan ulduzlar partlayışdan əvvəlki son aylarda maddəni təbəqələr şəklində atırlar. Partlayışla atılan maddənin toqquşması isə rentgen şüalanmasını yaradır".

Tədqiqatçıların sözlərinə görə, partlayış zamanı yaranan istilik və təyziq kalsiumun istehsalı ilə nəticələnən kimyəvi reaksiyaya təkan verir.

Adətən hər bir ulduz heliumun yanmağının nəticəsi olaraq az miqdarda kalsium istehsal edir. Lakin kalsiumla zəngin ifratyeni meydana gəldikdə partlayışdan sonra saniyələr içində dəfələrlə çox miqdarda kalsium əmələ gəlir.

Rafaella Marqutti deyir: "Partlayış soyumağa çalışır . O, öz enerjisini ətraf mühitə vermək istəyir və kalsiumun atılması bunu etməyin ən effektiv yoludur".

Yakobson Qalan isə bildirir ki, bu hadisə, partlayışdan sonra qaynar maddədən ibarət şar ətraf mühit ilə tarazlaşmağa çalışdığı üçün baş verir. Təbiət ən zəif müqavimət yolunu seçir və ifratyeni kifayət qədər kalsiuma malik olduqda bu yolu asanlıqla təmin edir".

Habl teleskopu bu qalaktikanı 25 il müşahidə etməsinə baxmayaraq ifratyeniyə çevrilən ulduzu qeydə almayıb. Alimlər bunu ulduzun çox zəif olması və ya çılpaq nüvənin qalması, yaxud da kütləsinin çox kiçik olması ilə izah edirlər. Əgər partlayış olmasa idi orada ulduzun olmağı naməlum qalacaqdı, çünki Habl belə onu görə bilməyib. Ola bilsin ki, bu massiv kütləli ulduzlardan yaranmış ifratyenilərdən fərqli olaraq məhz kalsiumla zəngin ifratyenilərə xas əlamətdir. Bu isə Yerdən çox uzaqda yerləşən kalsiumla zəngin ifratyenilərin aşkarlanmasını çətinləşdirir. Gələcəkdə daha çox ifratyenini aşkarlaya biləcək teleskoplarla tədqiqatların aparılması planlaşdırılır. Bu isə yaxın zamanlarda fəaliyyətə başlayacaq Vera Rubin Rəsədxanasının planlarına daxildir.

Alimlərin fikrincə bu cür ifratyeniyə namizəd ulduzlarda partlayışdan əvvəl üst təbəqələrin atılması ilə nəticələnən qeyri-stabillik müşahidə olunmalıdır. Tədqiqatçılar partlayışdan sonra ifratyeninin necə təkamül etdiyini öyrənən araşdırma üzərində işləyirlər. Onlar həmçinin öz tədqiqatlarında bu müşahidəyə qədər gözlənilməz olan rentgen şüalanmasına da fokuslanıblar. Tədqiqat qrupu (çox yeni və tutqun və ya zəif) ifratyeniyə namizəd ulduzları aşkarlaya bilən metod axtarırlar ki, partlayışdan sonrakı qısa müddətli rentgen şüalanmasını kosmik aparatlarla qeyd etmək mümkün olsun. (lent.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 729   Tarix: 12 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051