Dayısı və qardaşı tərəfindən dəfələrlə zorlandı, hamilə olduğunu öyrənəndə… — DƏHŞƏTLİ HADİSƏ

Dayısı və qardaşı tərəfindən dəfələrlə zorlandı, hamilə olduğunu öyrənəndə… — DƏHŞƏTLİ HADİSƏ

Türkiyənin Şanlıurfa vilayətində dəhşətli zorakılıq hadisəsi olub.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, 14 yaşlı A.B. dayısı və böyük qardaşının cinsi təcavüzünə məruz qalıb.

Qarın ağrısı ilə Siverek Dövlət Xəstəxanasına valideynləri tərəfindən aparılan A.B. orada hamilə olduğunu öyrənib. Polisə ifadəsində dayısı M.İ. və qardaşı M.B. tərəfindən dəfələrlə təcavüzə uğradığını söyləyib. Lakin DNT testində onların heç biri körpənin atası çıxmayıb.
İttiham olunanlar məhkəmədə təcavüz iddialarını qəbul edib. Dayı M.İ. bacısıqızını onunla birlikdə olmağa zorladığını deyib. M.B. də dayısına bənzər ifadə verib. Məhkəmə iclasında isə M.B. ifadəsini dəyişdirib və iddiaları təkzib edib.

A.B.-nin anası S.B. qardaşından şikayətçi olduğunu, oğlundan isə olmadığını bildirib.
Təcavüzə məruz qalan A.B. məhkəmə proseslərində dayısı və qardaşından şikayətçi olmadığını dilə gətirib: “Çünki onlar cəza alsalar, həbsxanadan çıxanda məni döyəcəklər. Mən ailəmə təslim edilmək istəyirəm”.

Siverek 1-ci Ağır Cəza Məhkəməsi cinayətkarlara azyaşlının cinsi istismarı maddəsi ilə 24 il həbs cəzası verib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 6896 Tarix: 12.08.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol