Selfiyə münasibətiniz sizin haqqınızda nə deyir?

Selfiyə münasibətiniz sizin haqqınızda nə deyir?Avtoportret şövqü sadəcə nəsillə bağlı deyil, həm də bizim narsissizmimizin ortaya çıxarılmasıdır.

Big.az "Report"-a istinadən xəbər verir ki, bu barədə məqalə İtaliyanın "Le Figaro" nəşrində yer alıb.

2018-ci ildə Fransanın İctimai Rəy İnstitutunun (IFOP) apardığı sorğuya əsasən, fransızların yalnız 60 %-i selfi çəkir. Onlardan əksəriyyəti (34%) ayda bir dəfə və sadəcə 3%-i hər gün selfi çəkir.

Professor Nikol Gegenin sözlərinə görə, selfidən qaçan insanların səbəbləri çoxsaylıdır: selfi çəkmək nəfsini saxlayanlar, onlar əksərən sosial təmasın prioritet hesab etməyən tənha insanlardır; selfi çəkməyə nə vaxtı, nə hövsələsi olan hiperaktiv insanlar və s.

Bu həm də nəsil və cins məsələsidir: əsasən belə mühitdə böyümüş "Rəqəmsal aborigenlər" (rəqəmsal inqilabdan sonra doğulanlar), həmçinin qadınlar selfi çəkməyə daha meyillidirlər.

Araşdırmaçının sözlərinə görə, mütəmadi şəkildə öz-özünə gülən insanlar böyük üstünlüyü var: "Belə insanların özünəqiyməti, həqiqətən də, yüksəkdir. Narsisizm nə dərəcədə yüksək olarsa, o qədər də paylaşılan şəkillər olur".

Selfiyə münasibətiniz sizin haqqınızda nə deyir?O zaman belə sual ortaya çıxır: Avtoportretə meyli olmayanların özünəqiyməti aşağıdır?

"Selfilər, ümumiyyətlə şəkillər güzgü kimidir, bizi özümüzə qaytarır. Daha sonra biz neqativ fikir, mürəkkəb emosiya (məsələn, utancaqlıq) yaradan və "digərləri mənim haqqımda nə düşünər" fikirlərinə qapan öz daxili mahiyyətimizlə təmasa girik", - psixiatr Jan-Kristof Seznek bildirib.

Kanadanın Toronto Universitetinin "Social Psychological and Personality Science" jurnalında nəşr edilən araşdırmasına görə, selfi sevdalıları özlərini həddindən artıq yüksək qiymətləndirirlər, selfilərdə özlərini daha cəlbedici və simpatik hesab edirlər. Avtoportetə qarşı biganə olanlar isə öz çəkdikləri ilə qohumlarının çəkdiyi şəkillərdə fərq görmürlər.

Selfiyə münasibətiniz sizin haqqınızda nə deyir?"Bəzi özünəəmin insanlar selfini başqaları onları qiymətləndirsin, yaltaqlıq etsin deyə çəkirlər. Digər insanlar selfidə müəyyən əminlik və komfort axtarırlar. Ancaq unutmamaq lazımdır ki, selfi heç də həmişə özünüreklamla əlaqəli deyil", - Nikol Gegen vurğulayıb.

Nəşrin yazdığına görə, selfilərin əksəriyyəti eqoistlikdən çəkilməyib. İctimai Rəy İnstitutunun məlumatına görə, çəkilən selfilərin çoxu həmin anı əbədiləşdirməyə yönəlib və yalnız 8% öz imicini möhkəmləndirmək məqsədini daşıyır.

Beləliklə, bizim xarakterimizi açan selfilər deyil, selfiləri hansı məqsədlər üçün istifadə etməyimiz və ondan olan gözləntilərimizdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1016   Tarix: 12 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Norveçlilərdən qeyri-adi addım: Günün daha iki saat uzadılmasını tələb etdilər

Norveçin Vadso şəhərinin meri Vençe Pedersen bölgədə sutkada 24 saat əvəzinə 26 saatın təsbit edilməsi xahişi ilə Avropa Komissiyasına müraciət edib. O, hətta bununla bağlı planını da göndərib. Merin sözlərinə görə, təklif olunan tədbir sayəsində sakinlər ailələri ilə daha çox vaxta sahib olacaqlar

14.04.2024 390
.

İstanbulda seçici məntəqədə özü ilə gətirdiyi toyuqla səs verib

Türkiyənin İstanbul şəhərində 60-65 yaşlı vətəndaş bələdiyyə seçkilərində səs vermək üçün məntəqəyə çiynində toyuqla birlikdə gəlib. Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir. Onun məntəqəyə gəlişi seçicilərin marağı və gülüşünə səbəb olub. Qeyri-adi seçici toyuğu

31.03.2024 371
.

Ölməzdən 1 ay əvvəl hər kəsin gördüyü yuxular

Los-Angeles hospitalının tibb bacısı Culie Fadden insanların ölməzdən əvvəl nə gördükləri ilə bağlı mühüm müşahidələrini paylaşın. O qeyd edib ki, "demək olar ki, bütün insanlar" ölməzdən təxminən bir ay əvvəl təsəlliverici görüntülər yaşayırlar. xəbər verir ki, o, müşahidələrini "TikTok"

07.04.2024 836
.

İftar süfrəsinə hazırlaya bilərsiniz

"İftar menyusu"nu təqdim edirik:. Cənnət şorbası. Ərzaqlar:. 2 qaşıq kərə yağı. 3 xörək qaşığı qarğıdalı unu. 1 orta kartof. 1 soğan. 2 diş sarımsaq. 2 stəkan toyuq suyu. 4 stəkan qaynar su. 1 çay qaşığı qara bibər. 1 çay qaşığı duz. Üzəri üçün:. 2 xörək qaşığı yağ. 1 çay qaşığı üyüdülmüş qırmız

08.04.2024 517
.

Dünyanın bu bölgələrini yayda cəhənnəm istisi bürüyəcək - PROQNOZ

Qlobal istiləşmə planetimizin ən aktual problemlərindən biri olaraq qalır. xarici KİV-ə istinadən bildirir ki, çinli mütəxəssislərin proqnozuna görə, bu il cəhənnəm istiləri Yer kürəsinin üç regionunu əhatə edə bilər. Nəticələr göstərib ki, Filippin, Benqal körfəzi və Karib dənizi 2024-cü ilin iyun ayın

07.04.2024 646
.

Yağlı mətbəx dolabların parladacaq üsul

Mətbəxlərdəki dolabı yemək bişirərkən ən çox çirklənən yerlər sırasındadır. Yağ sıçramalarını təmizləmək gecikdirildikdə daha çətinləşə bilər. Mətbəx dolabını parıldadacaq üsulu izah edirik:. Bit qabyuyan kapsulun üzərinə bir litr qaynar su tökün. Kapsul həll olunana qədər qarışdırın. Mətbəx dolabların

14.04.2024 467
.

Bu il bazarlarda balıq bol olacaq, qiymət isə... - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə ümumilikdə 66452 ton balıq ovlanıb ki, bu, 2022-ci ilin göstəricisindən 1,1 faiz çoxdur. Bu amil daxili bazarda balıq və balıq məhsullarının qiymətinə necə təsir göstərəcək?. "Kaspi" qəzeti növbəti məqaləsində bu və digər suallar

13.04.2024 269
.

12 yaşında uşaqları ofis işçilərinə çevirən "texnologiya": Həkimdən XƏBƏRDARLIQ

"İki yaşında planşet istifadə etməyə başlayan uşaq on iki yaşında bel və boyun disk yırtığı ilə qarşılaşa bilər". Bu barədə türkiyəli fizioterapevt Mehmet Toprak bildirib. Onun sözlərinə görə, sözügedən şikayətlərlə tibb müəssisələrinə müraciət edənlərin sayı günü-gündən artır. Mütəxəssis bildiri

07.04.2024 303
.

Alma haqda bunları bilməlisiniz!

Alma unikal xüsusiyyətlərə malikdir və o cümlədən kolon xərçəngindən qoruyur. Bu meyvənin tərkibində bağırsaq mikroflorasının tərkibinə faydalı təsir göstərən pektin var. Rusiya mətbuatına istinadən xəbər verir ki, alma həll olunan liflə zəngindir ki, bu da bağırsaq mikroflorasının vəziyyətini yaxşılaşdırmaql

08.04.2024 737