Ekspert: "SOCAR nəinki yerli, hətta beynəlxalq layihələri də icra etməyə qadirdir"

Ekspert: "SOCAR nəinki yerli, hətta beynəlxalq layihələri də icra etməyə qadirdir"Avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması mərasimi baş tutub. Bu dayaq bloku SOCAR-ın "BOS Şelf" şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Dayaq bloku "Qarabağ" yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq. Bu, "Qarabağ" yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq.

Qeyd edək ki, "Qarabağ" layihəsi üzrə hazırlanan və tikintisi iki il ərzində aparılan dayaq bloku SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır. "STB-1" daşıma barjına yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur.

"SOCAR layihələrin icrasında yerli mütəxəssislərə üstünlük verir"

Enerji məsələləri üzrə ekspert Emin Axundov Sfera.az-a açıqlamasında deyib ki, son zamanlar Azərbaycanda "Qarabağ" kimi iri layihələr SOCAR-ın öz daxili maliyyə imkanları, texniki bazası və kadr potensialı hesabına həyata keçirilir: "Məsələn, "Qarabağ" layihəsi üçün konstruksiyanın hazırlanmasında çalışanların 95 faizi yerli mütəxəssislərdir. Sadəcə "Qarabağ" yatağında deyil, digər yataqlarda da bunu müşahidə edə bilərik. Məsələn, Ümid yatağında SOCAR-ın ən debitli quyusu yerli şirkət SOCAR AQŞ tərəfindən qazılmış oldu və burada yerli mütəxəssislər çalışırdı".

Yerli layihələr SOCAR-ın daxili imkanları hesabına icra edilir

E.Axundov qeyd edib ki, bundan əlavə "Bulla-dəniz" yatağında 12-ci dəniz özülünün layihələndirilməsi, tikintisi və quraşdırılması tamamən SOCAR-ın öz daxili imkanları hesabına həyata keçirilib: "Bu layihə SOCAR-ın Neft-Qaz Elmi Layihələndirmə İnstitutu tərəfindən layihələndirilib, Neft-Qaz Tikinti Tresti tərəfindən isə tikilib və quraşdırılıb".

Türkiyə strateji əhəmiyyətli layihələrini SOCAR-a etibar edir

Ekspertin sözlərinə görə, SOCAR-ın bütün imkanları nəzərə alınmaqla həm də beynəlxalq layihələri də icra etmək potensialını özündə cəmləyib. SOCAR-ın Türkiyədə strateji neft-qaz layihələrində tenderlərin qalibi olması bunun bariz nümunəsidir: "SOCAR AQŞ şirkəti Türkiyədə ən strateji layihələrdən biri olan duzgölü yeraltı qaz anbarlarının genişləndirilməsi layihəsində tenderin qalibi oldu. Bu, qardaş ölkə üçün də strateji bir layihədir. Yeraltı qaz anbarları Türkiyənin enerji təhlükəsizliyi nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Belə bir strateji layihənin Azərbaycanın yerli şirkətinə həvalə edilməsi hesab edirəm ki, SOCAR-ın formalaşdırdığı müsbət imicdən xəbər verir. Bu da beynəlxalq layihələrin yüksək səmərəliliklə həyata keçirilməsindən irəli gəlir".

"SOCAR-a görə TANAP-ın maya dəyəri 2-dəfə aşağı düşüb"

Ekspert bildirib ki, Azərbaycan TANAP layihəsində ən böyük - 58%-lik paya sahibdir. SOCAR ilk dəfə belə bir boru kəməri layihəsində operator qismində çıxış edir. Bu layihə də həm vaxtında həyata keçirilir, həm də yüksək səmərəliliklə icra edilir: "SOCAR-ın sayəsində layihə üzrə 45%-lik ilkin investisiya dəyərinə qənaət edilmiş oldu. Bölgədə həyata keçirilən digər boru kəməri layihələrinə nəzər yetirsək, görərik ki, onların məsafə vahidinə görə maya dəyəri TANAP-dan 2 dəfə daha çox olub. Bu isə bizə mənzərəni aydın təsəvvür etməyə imkan verir. Yəni, Azərbaycan beynəlxalq layihələri həm texniki cəhətdən, həm də maliyyə baxımından ən yüksək səmərəliliklə həyata keçirə bilir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1493   Tarix: 11 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir. Dah

14:01 1298
.

Azərbaycanda zəlzələ oldu

Goranboyda 3.1 bal gücündə zəlzələ olub. BİG.AZ Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub. Zəlzələ hiss olunmayıb

10:02 527
.

Cavanşir Məmmədov nəvəsinin toyuna hazırlaşırmış

Mərhum Əməkdar artist Cavanşir Məmmədov nəvəsi Rəfiqənin toyuna hazırlaşırmış. Axşam.az xəbər verir ki, bu haqda aprıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında deyib. O bildirib ki, bu haqda ona müğənninin qızı Xatirə danışıb:. "Nəvəsinin toyu olacaq. Buna görə mebel almağa gedirmişlər

15:10 356
.

"Şöhrətim məndən balamı aldı"

"Həyatımda "yaxşı ki"lər çoxdur, amma bir "kaş ki" də oldu. Bu isə istəməyərəkdən oldu. Səhnədəki Nazpəriyə məsləhətim, hamıya inanma. Çünki bunun ucbatından problem yaşayır. Elə insanlar var ki, onlara inanmaq olmaz. Bu mənim Nazpəriyə ən böyük tövsiyəmdir. Ətrafımda etibarlı

16:49 439
.

Bu insanlara tatu olmaz – Həkimdən XƏBƏRDARLIQ

Tatu bəzi insanlar üçün qəti şəkildə zərərlidir. xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Svetlana Jaboeva müsahibəsi zamanı deyib. Həkimin sözlərinə görə, tarixdə dəri xərçəngi, melanoma, skuamöz hüceyrəli və ya bazal hüceyrəli karsinoma olan insanlar döymələrdən çəkinməlidirlər. Ailəsində melanom

22.04.2024 661
.

Məleykə Əsədovanın 58 yaşı tamam olur

Bu gün Xalq artisti Məleykə Əsədovanın 58 yaşı tamam olur. BİG.az xəbər verir ki, aktrisa bununla bağlı İnstaqram sosial şəbəkəsində paylaşım edib. "Bu yaşımı da eyni əqidədə, dəyişməyən xarakterimlə, sağlam vicdanla yaşayıb gördüyüm üçün Allahıma sonsuz şükür və təşəkkür edirəm. Nə yaxşı kı, dünyay

17:43 235
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

00:22 314
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

10:13 852
.

"Azərbaycan və Rusiya rəhbərləri arasındakı şəxsi münasibətlər sistemi iki ölkə münasibətlərinin inkişaf etməsinə böyük təkan verib"

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib. Mövzu ilə bağlı -a danışan politoloq Tura

13:10 239