Zabit Səmədov prezident seçkilərində Lukaşenkonu dəstəkləyir

Zabit Səmədov prezident seçkilərində Lukaşenkonu dəstəkləyir
Azərbaycanlı kikboksçu Zabit Səmədov Belarusda baş tutan prezident seçkilərində indiki ölkə rəhbəri Aleksandr Lukaşenkonu dəstəklədiyini bildirib.

Z.Səmədov bu barədə bildirib:

“Mən indi Belarusda nəyin baş verdiyini görürəm. Buna laqeyd qalmaq çətindir. Çünki bu, təhsil aldığım və uğur qazandığım ölkədir.

Dinc Belarusda vətəndaş müharibələri və münaqişələr olmadan yaşamışam. Bütün tanışlarım və dostlarım öz sahələrində işləyib çalışırdı ki, hər biri bu gün malik olduqlarımıza nail olsunlar.

Biz bu yolu Belarusun hazırkı prezidenti Aleksandr Qriqroyeviçin uğurlu işi sayəsində keçdik. Mən də onu dəstəkləyirəm. Fəxr edirəm ki, Belarus mənim ikinci doğma evimdir”.(oxu)

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1126 Tarix: 09.08.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol