Ərə getdiyini açıqlayan modelin yalanı üzə çıxdı - FOTO

Ərə getdiyini açıqlayan modelin yalanı üzə çıxdı - FOTO
Portuqaliyalı iş adamı Pedro de Noronha model Tülin Şahin ilə bağlı məhkəməyə müraciət edib.

BiG.AZ musavat.com-a istinadən bildirir ki, o, Tülinin qızları Siena Leylayı ona göstərmədiyini iddia edib.

İş adamı məhkəməyə müraciət edərək Tülinlə rəsmi nikahlarının olmadığını, münasibətlərinə də son qoyduqlarını bildirib. Pedro xaricdə yaşadığı üçün dəfələrlə qızını görüntülü zənglə görmək istədiyini, amma modelin buna imkan vermədiyini əlavə edib.

Məhkəmə iş adamının hər ayın ilk yeddi günü, saat 12:00-17:00 arasında ana və dayəsi də yanlarında olmaq şərtilə qızı ilə görüşməsi barədə qərar verib.

Qeyd edək ki, Tülin Şahin ötən ilin aprel ayında Noronha ilə Portuqaliyada nikah masasına oturduğunu açıqlamışdı. Cütlüyün noyabrda qızları dünyaya gəlmişdi.

Ərə getdiyini açıqlayan modelin yalanı üzə çıxdı - FOTO
Ərə getdiyini açıqlayan modelin yalanı üzə çıxdı - FOTO

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2180 Tarix: 09.08.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol