Bill Qeyts koronavirusun bitəcəyi tarixi açıqladı

Bill Qeyts koronavirusun bitəcəyi tarixi açıqladı
“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts dünyanı cənginə alan koronavirus epidemiyasının bitəcəyi tarixi açıqlayıb.

CNET-in yaydığı xəbərə görə, Qeyts verdiyi açıqlamada dünyanın varlı ölkələrinin bu bəladan tezliklə qurtulacağını deyib.

O bildirib ki, koronavirus peyvəndi ilə bağlı problem 2021-ci ilin sonuna qədər həll ediləcək.

Milyarder qeyd edib ki, qalan ölkələrdə isə bu bəla 2022-ci ilin sonunda başa çatacaq.

Qeyd edək ki, Bill Qeyts COVID-19 əleyhinə peyvəndin hazırlanması üçün 300 milyon dollar vəsait ayırıb.(oxu)

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 4340 Tarix: 09.08.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol