Uşaqlarda qızdırma: Hərarət 38 dərəcədən azdırsa... - Pediatrdan ÇAĞIRIŞ

Uşaqlarda qızdırma: Hərarət 38 dərəcədən azdırsa... - Pediatrdan ÇAĞIRIŞUşaqlarda hərarətin yüksəlməsi ən çox həyacan doğuran hallardan biridir. Xüsusilə pandemiya dövründə azyaşlılarda qızdırma mövzusu daha da həssaslaşıb. Temperaturda dəyişiklik olan kimi çoxları koronavirusa yoluxmadan şübhələnir.

BiG.AZ e-tibb.az-a istinadən bildirir ki, pediatr, uzman həkim Ülvi Əliyev də bununla bağlı valideynlərə çağırış edib. Onun sözlərinə görə, son günlər ən çox verilən suallar uşaqlarda hərarətlə bağlıdır. "Uşağın qızdırması 37,3-dür nə edək?","Uşaq qızdırır, hərarəti 37,5 olur","Başı istidir "və s. kimi suallar daha çox səslənir.

Pediatr bildirib ki, COVID pandemiyası hamının psixologiyasına təsir edib, ruhi tarazlığı pozub, əsəbləri tarıma çəkilib: "Bu nöqteyi-nəzərdən ən qiymətli varlıq olan uşaqlarımızın qeydinə qalmaq hamının borcudur. Bədən temperaturu gün ərzində orqanizmin vəziyyətindən asılı olaraq (yuxu, oyanıqlıq, yemək yemə, yatma və s) tez-tez dəyişir. Temperaturun ölçülmə üsulu da əhəmiyyətlidir, ən az termometr 4 dəqiqə qoltuqaltında (və ya ağızda) saxlanmalıdır. Hərarəti timpanik zardan (qulaqdan) ölçərkən qulaqda yerli iltihab, probka olduqda yanlış nəticə alına bilər. Uşaqlarda yuxarıda qeyd edilən temperaturların qızdırma olmadığını bir daha bildirmək istəyirəm. Yalnız 3 aya qədər körpələrdə əlamət varlığında 37,5-dən yuxarı temperatur hərarət hesab edilə bilər. Qalan hallar qızdırma sayılmır. Uşaqlarda qızdırma 38 dərəcə və ondan yuxarı rəqəmlərdir. Rahat olun və uşağınızı klinikalarda çox gərəksiz müayinə və analizlərə məruz qoymayın".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2723   Tarix: 09 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qışda xəstəliklərdən qorunmaq üçün praktiki tövsiyələr

Qışda bəzi praktiki ehtiyat tədbirlərinə əməl etməklə böyük ölçüdə xəstəliklərdən qorunmaq mümkündür. Düzgün qidalanma ilə immunitetinizi gücləndirin. Gündəlik olaraq mövsümi meyvə-tərəvəzlərindən və bol lif tərkibli göyərtilərdən istifadə edin. Kifayət qədər miqdarda karbohidrat və zülal orqanizmi

14.01.2024 1086
.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

07.04.2024 496
.

Baş ağrısının səbəbi nələrdir və bundan necə qurtulmaq olar?

Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər. Axşam.az xəbər verir ki, baş ağrının əsas səbəbləri aşağıdakı kimidir:. - Soyuqdəymə və qrip kimi xəstəliklər. - Stres. - Həddində

21.01.2024 933
.

Arıqlamaq üçün ən yaxşı və doyumlu səhər yeməyi hansıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Arıqlamaq istəyənlər üçün ən yaxşı səhər yeməyi pendirli omlet və avokado ilə tost ola bilər". Bu barədə rusiyalı endokrinoloq və qastroenteroloq Dilyara Lebedeva "Doctor Piter" portalına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu, ən azı altı saat aclıq hiss etməməyə imka

30.03.2024 526
.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 460
.

Xərçəng xəstəliyi riskini ən çox artıran qida açıqlanıb

Qırmızı ətin normadan artıq istehlakı bağırsaq və prostat vəzi xərçəngi xəstəliyinə tutulmaq riskini artırır. "Report" xəbər verir ki, belə bir xəbərdarlıqla Türkiyənin tanınmış onkoloqu Nilüfər Avcı çıxış edib. Mütəxəssis qeyd edib ki, xərçəng dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir

28.01.2024 2036
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14.04.2024 352
.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20.03.2024 1082
.

Bu halda su içmək ziyandır

Daha sağlam və fit bir bədənə sahib olmaq üçün görülməli olan əsas işlərdən biri də su içməkdir. Bəzi insanlar su içməyi sevərkən, bəziləri günlərlə su içməyə bilər. Su içməmək orqanizm üçün ən zərərli vərdişlər sırasındadır. Bununla belə, düzgün vaxtlarda su içmək lazımdır. Yanlış vaxtda su içmək sağlamlığınız

16.02.2024 1243