Deputat: "Pandemiya sosial layihələrin icrasını ləngitməyib"

Deputat: "Pandemiya sosial layihələrin icrasını ləngitməyib""Koronavirus pandemiyası başqa ölkələrin iqtisadiyyatına olduğu kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Amma buna baxmayaraq ölkəmizdə əvvəldən nəzərdə tutulan heç bir sosial və infrastruktur layihəsinin icrası təxirə salınmayıb. Bu da Azərbaycanda insanların sosial rifah halının yaxşılaşdırılmasının prioritet istiqamət olduğunu göstərir".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

O vurğulayıb ki, dünyada infeksiya yayılmağa başladığı ilk günlərdən Azərbaycanda həyata keçirilən tədbirlər əsasən üç istiqaməti əhatə edib: "Birincisi, vətəndaşlarımızın sağlamlığının qorunması üçün qabaqlayıcı tədbirlər görüldü, xəstəxanalar hazır vəziyyətə gətirildi, modul tipli xəstəxanalar quraşdırıldı və bu proses indi də davam edir. Eyni zamanda xaricdə işləyən azərbaycanlı həkimlər ölkəmizə dəvət olundu, tibbi maska istehsal edən müəssisə fəaliyyətə başladı, xüsusi karantin rejimi tətbiq oldundu və s.

İkincisi, pandemiya ilə əlaqədar işini itirən, işsiz kimi qeydiyyata alınmış şəxslərə 190 manatlıq birdəfəlik ödəmə verildi.

Üçüncüsü, sahibkarlara dəstək layihəsi həyata keçirildi və dövlət tərəfindən onlara da müəyyən məbləğdə maddi yardım ödənildi".

Ü.Quliyev deyib ki, 190 manatlıq ödəmənin əvvəlcə aprel-may aylarında verilməsi nəzərdə tutulurdu: "Daha sonra Nazirlər Kabineti birdəfəlik ödəmənin iyun ayı üçün həyata keçirilməsi barədə qərar verdi. İndi isə avqust ayında da vətəndaşlarımıza 190 manat yardım ediləcək. 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf olunacaq. Ümumilikdə tətbiq olunan sosaial paketlər təxminən 5 milyon vətəndaşımızı əhatə edib. Məqsəd pandemiyadan zərərçəkən vətəndaşlarımızın ağır sosial duruma düşməsinin qarşısını almaqdır. Bütün bunlar Azərbaycanda həyata keçirilən sosial siyasətin tərkib hissəsidir. Dövlətimiz hər zaman olduğu kimi yenə də vətəndaşın yanındadı".

Deputat qeyd edib ki, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb: "Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Ümumilikdə 7 mindən çox köçkün ailəsi yeni mənzillərə köçürüləcək. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən də dövlətimizin başçısı dedi ki, keçən il 934 mənzil verilmişdi, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq". Görülən işlərə nəzər salanda məlum olur ki, hazırda bu istiqamətdə çox böyük layihələr həyata keçirilir.

Pandemiya dövrü olmasına baxmayaraq, bütün sosial proqramlar kimi, bu proqram da genişləndirilir. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 554 mənzil verilib. Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev təqdim olunub. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə tədbirlər geniş vüsət alır".

Ü.Quliyev qeyd edib ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində əhalinin sosial baxımdan həssas təbəqəsi dayanır: "Aztəminatlı ailələr, şəhid ailələri, əlillər, xüsusən də Qarabağ əlilləri, kimsəsiz uşaqlar hər zaman dövlət qayğısı ilə əhatə olunublar. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, əhalinin həssas tətəqəsi ilə bağlı proqramlar əvvəlki illərdəki qaydada davam etdirilir. Hətta bu proqramlar daha da genişləndirilib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 672   Tarix: 08 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568