İsveçdə polis müfəttişi olan həmyerlimiz - FOTO
Bakı şəhərində anadan olmuş, sabah 30 yaşını qeyd edəcək Ramizə Sərdarova 18 il öncə ailəsi ilə birlikdə daimi yaşamaq üçün İsveçə köçüb.
R.Sərdarova gimnaziyanı Hüquq İqtisadiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirəndən sonra Malmö Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olub.
Karyerasına İsveç-Danimarka Sərhəd Polisi Xidmətində işləməklə başlayıb. 2017-ci ildə Malmö polisinin Çağrı Mərkəzinin ən yaxşı müfəttişi seçilib. Hazırda İsveçin Cənub bölgəsi Polisində iqtisadi cinayətlər üzrə müstəntiq işləyir. Ailəlidir, iki oğlu var.
Azərbaycanı erkən yaşlarından tərk etməsinə baxmayaraq, Ramizə vətənpərvərlik hissi və doğulduğu ölkəyə böyük sevgi ilə tərbiyə olunub.
O, öz övladlarını da vətənpərvər ruhda tərbiyə edir. Yaşlarının az olmasına baxmayaraq, uşaqlar Azərbaycan dilində bir neçə şeir öyrənib və hər il səbirsizliklə Bakıdakı qohumlarını ziyarət etməyi gözləyirlər.
Ramizə bizimlə söhbətində qeyd edib ki, o, Azərbaycanı tanıtmaq üçün çox maraqlı üsul tapıb.
Ramizə İsveçdə olarkən qoluna ulu öndər Heydər Əliyevin unudulmaz sözlərini döydürüb. Yazı Azərbaycan dilində həkk olunduğundan, təbii ki, ətrafdakıların marağına səbəb olur və beləliklə, bu ifadəni tərcümə edərək, Azərbaycan və həmin müdrik sözlərin müəllifi Heydər Əliyev haqqında danışmaq üçün çox əlverişli imkan yaranır.
Ramizə 30-cu doğum gününü, hər il olduğu kimi, ailəsi ilə birlikdə Bakıda qeyd etməyi planlaşdırmışdı, amma pandemiya ilə əlaqədar olaraq, təəssüf ki, bu il arzusunu həyata keçirmək mümkün olmayıb.
İndi Ramizə, ailəsi, xüsusilə uşaqlar çox darıxdıqları doğma Vətənlərini və doğmalarını görmək üçün səbirsizliklə sərhədlərin açılmasını gözləyirlər...(azxeber)
BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı Baxılıb: 2429 Tarix: 08 avqust 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşYatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO
Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır
10.09.2021 1704 Bakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942 Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!
16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604
13.09.2021 1018 "Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"
Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi
12.09.2021 5476 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar
Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin
17.09.2021 877 Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi
15.09.2021 1571 Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir
Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri
12.09.2021 489 "Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...
Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin
12.09.2021 1068